Armen Qriqoryanın avtomobili qəzaya düşdü – FOTO

34

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

Elchi.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Shamshyan.com” portalı yayıb.

Məlumata görə, qəza bu gün səhər saatlarında baş verib.

Qriqoryanın sürücüsünün idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil ilə “Range Rover” markalı avtomobil toqquşub.

Qəza zamanı Qriqoryan avtomobildə olmayıb.

Tərəflər qəzaya görə bir-birini günahlandırıb.

BAKU.WS