Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, o bu barədə özü İnterfaks-Ukrayna agentliyinə məlumat verib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2024-cü ilin yazında keçirilməlidir. Amma ölkədə hərbi vəziyyət hökm sürdüyü üçün icra edilib-edilməyəcəyi hələlik bəlli deyil.