Araşdırma: Almaniyada yoxsulluq son illərdə kəskin şəkildə artıb

40

Elchi.az xəbər verir ki, Almaniyada aparılan araşdırma, ölkədə yoxsulluğun son 10 ildə əhəmiyyətli dərəcədə artdığını ortaya çıxarıb.
Düsseldorfdakı Hans Böckler Fonduna bağlı İqtisadi və Sosial Elmlər İnstitutunun (WSI) apardığı araşdırmaya görə, orta gəlirin yarısından azına sahib olan və “çox yoxsul” olaraq təyin olunanların nisbəti 2010-2019-cu illərdə 40 faiz.
Araşdırmada COVID-19 epidemiyasının, enerji qiymətlərindəki artımın və yüksək inflyasiyanın gələcəkdə bu tempi daha da artıra biləcəyi diqqətə çatdırılıb.
Son 10 ildə yaxşı iqtisadi inkişafa və işsizliyin azalmasına baxmayaraq, araşdırmada yoxsul ailələrin bundan kifayət qədər faydalana bilmədiyi, hətta iqtisadi baxımdan bu ev təsərrüfatlarının daha da irəli getdiyi vurğulanıb.
Araşdırmaya görə, 2010-cu ildə ev başına 2 min 968 avro olan yoxsulluq həddi, 2019-cu ildə 3 min 912 avro olub.

Şayəstə