"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Aqşin: “Ya özümü öldürməliyəm, ya da…”

22 İyul 2014 - 12:38
in MƏDƏNİYYƏT
FacebookVatsap

Aqşinin xəstəxanadan çıxdığını eşidincə fotoqraf Elnurla birlikdə şairin evinə yollandıq. Evlərinə 1406010277yaa2çataçatda zəng vurdum ki, şair, sizə gəlirik. Şair gözünə döndüyüm də qayıdasan ki, vallah, evdə o qədər adam var ki, bizim rahat oturub söhbətləşməyimiz mümkün olmayacaq. Sabah özüm sənə zəng edərəm, gələrsiz. Kor peşman geri qayıtdıq. Allah Aqşini bir daha heç vaxt peşman eləməsin! Mənim də bu yaşımda üz-gözümü danladılar. Növbəti dəfə Aqşinin bütün bəhanələrini qulaqardına vuraraq üzlü qonaq kimi qapılarının ağzını kəsdirib zəngi basdım. Çünki bu dəfə də əliboş qayıtsaydım, daha danlanası üzüm qalmamışdı.

Biz Aqşinlə bu evdə çox badələr qaldırmışıq, bu ev nə qədər səsli-küylü məclislərin şahidi olub. Biz indi bu evə başqa bir Aqşini görməyə gəlmişdik, həmin Aqşin bizi arağa yox, çaya qonaq elədi. İndi həm də onun qələminin qapısında sözlər növbəyə dayanıb. Biz o sözlərdən üzr istəyib növbənin önünə keçdik. Görək Aqşin özünü necə hiss edir, hansı əhvaldadı…

Aqşin Yenisey: “Ölümdən də dəhşətli hisslər var, məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq”

– Aqşin, indi özünü necə hiss edirsən? Xəstəliyinlə bağlı nə kimi dəyişikliklər var?

-İndi kəfəni yırtmış ölü kimi yaxşıyam, xəstəlikdən əvvəlki dövrdə necə idimsə, indi də özümü o cür hiss edirəm. İki aylıq “amansız”  müalicə öz müsbət nəticəsini göstərir. Daxili orqanlarımda qaraciyərdən başqa, heç birində problem yox idi. İndi qaraciyərim hansı vəziyyətdədirsə, mənim də vəziyyətim o cürdü. İxtisasca həkim olmadığım üçün çox şeyləri bilmirdim, məsələn, bilmirdim ki, qanda bilirubinin miqdarı nə qədər olmalıdır. Bu xəstəlik məni həyatın daha bir düşməni ilə yaxından tanış etdi. Bir ay da həkimlərin tətbiq etdiyi qaydalara dözə bilsəm, hər şey təbii vəziyyətinə qayıdacaq.

“İnsan birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı yaşamağa ehtiyacı olmasın”

-Aqşin, belə bir standart sual var: ikinci dəfə dünyaya gəlsəydin, necə yaşayardın? Sənin üçün artıq, belə demək mümkünsə, ikinci həyat başlayır. Bu yeni həyatını necə yaşamaq istərdin? Yəqin ki, əvvəlki Aqşin olmayacaqsan…

-Sözün açığı, bundan sonra mənim üçün ikinci həyat yox, ikinci Azərbaycan başlayır. Bu xəstəlik məni başqa bir Azərbaycanla, daha doğrusu, Azərbaycanın kölgəsi ilə tanış elədi. Bu kölgə Hamletin atasının xeyirxah kölgəsi kimi daima başımın üstündə idi. Halbuki mən bu Azərbaycan haqqında çox vaxt tənqidi fikirdə olmuşam. Məsələn, gözləmədiyim, ağlıma belə gətirmədiyim  adamların diqqətini gördüm. Heç ağlıma da gəlməzdi ki, mənim xəstəliyim o insanları narahat edə bilər. “Əfsanələşmək” şansımı əlimdən alan bu adamlara necə təşəkkür edəcəyimi hələ də bilmirəm. O ki qaldı ikinci həyat məsələsinə, mən bu haqda həmişə mənfi fikirdə olmuşam. İnsan birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı yaşamağa ehtiyacı olmasın, o, bu barədə, ümumiyyətlə, düşünməsin. Qədim Şərq fəlsəfəsində belə bir düşüncə var ki, insan ruhani təmizlənmə prosesini keçdikcə Allaha yaxınlaşır. Guya, bizim bədənimizdə gəzdirdiyimiz ruhi həyat bizim insan ömrünə sığışdırdığımız həyat qədər deyil, bu, müxtəlif dövrlərdə müxtəlif formalarda gəlib getmiş bir həyatdır, yəni biz, guya, ucsuz-bucaqsızıq. Mən bunu qədim qorxunun ibtidai təsəlliyə meyilli bir fəlsəfəsi hesab edirəm. Mən hesab etmirəm ki, canavar bundan əvvəlki həyatında tülkü, tülkü prokuror, prokuror nökər olub. Yəni biz qoyun mədəsi kimi qırxqatlı keçmişə sahibik. Bu cür fəlsəfənin nə elmi, nə dini, nə də tibbi izahı var. Son anda hər şeyi həkimin əlindəki iynə həll edir. Hansısa meditasiyayla, magiya ilə məşğul olan bir adam buna kimisə inandıra bilər, amma bizim kimi real həyatın içində yaşayan, nəğdı qoyub nisyənin arxasınca qaçmayan adamlar dərk edir ki, insan dünyaya gəlir, yaşayır və ölüb yoxa çıxır. O dünya deyilən bir aləm varsa da, bu bizim özümüzə təsəlli naminə uydurduğumuz aləm kimi deyil. Çox maraqlıdır ki, xəstəxanada hərdən halım pisləşəndə çapalayıb hay-həşir salmırdım, hətta bu ağrılı sükunətdən həzz alırdım. Ta ki tibb bacıları rəngimin, yaxud nəbzimin döyüntüsündən halımın ölüvay olduğunu hiss edənə kimi.

-Yəni xəstəlik sənin Tanrıyla bağlı düşüncələrində hansısa bir dəyişikliyə səbəb olmadı…

– Sözün açığı, jurnalistlər də mənə həmişə belə sual verirlər ki, siz niyə ateistsiniz? Mənim ateist, yaxud deist olmağım öz işimdir. Mən vur-tut beş-altı şeir yazmış estetəm, amma ağzını açan məndən molla kimi müsahibə götürmək istəyir. Az qala, məni “Dəli Kür” romanındakı rus Əhməd adlandırsınlar. İnsan üçün ən böyük ağrı hissi ölümdür. Amma mənə elə gəlir ki, ölümdən də dəhşətli hisslər var, məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq, yaxud yaşamaqdan doymadığın həyatdan məhrum edilmək. Bu, mənim yaradıcı fantaziyamdır.

-Son müsahibələrindən birində demişdin ki, içməsəm, şeir yaza bilmirəm. Amma xəstəxanada yazdığın şeir bunun əksini göstərdi. Yəni içki olmadan da yaxşı şeir yazmaq mümkündü. Necə düşünürsən? Bundan sonra da şeirin səni içkiyə qaytaracağından qorxmursan ki?

-Yaradıcı adamların, məsələn, elə sənin özünün də yaradıcı gərginlikdən xilas olmaq üçün bir vərdişin, bir hobbin var. Bəşər tarixində bütün yaradıcı adamların özünəməxsus bir vərdişi, hobbisi olub. Yaradıcılığın yükünü azaltmaqdan, istedadı dincə qoymaqdan, yaxud tutalım, sevgini qəbul etməyən qadını unutmaqdan ötrü hər hansı bir vərdişə  müvəqqəti də olsa aludə olursan. Mənanı yalnız mənasızlıqla yenmək olar. Mən 2000-ci ilə qədər yazdığım şeirlərin hamısını cırıb atmışam, kitablarımda çıxan şeirlər ondan sonrakı dövrdə yazdığım, özümün bəyəndiyim şeirlərdi. Özümün xoşuma gəlməyən yazını və yaxud şeiri mən heç vaxt çapa vermirəm. Xəstəxanada yatdığım iki ay müddətində yazdığım şeirlər var ki, onlardan yalnız birini bəyəndim və həmin şeir də “1937.az” saytında çap olundu. Xəstəxanada xeyli qeydlər aparmışam, oranın da məhbəs, əsgərlik həyatı kimi yumorlu tərəfləri var, qeydlər apardığım dəftəri də özümlə gətirmişəm, yəqin ki, hansısa bir janrda silsilə yazılar yazacağam. O dəftərçənin bətnində bir kitab böyüyür. O ki, qaldı içki məsələsinə, mən heç vaxt içki içib yazmamışam, içki içib düşünürdüm, ayılandan sonra düşündüklərimi yazırdım. Ayılandan sonra insanın beyni tərtəmiz, uşaq beyni kimi olur. İçkili olanda düşünürdüm ki, hamının gördüyü hansısa mənzərəni necə özümünküləşdirib ifadə edə bilərəm. Bakıda və yaxud hansısa bir şəhərdə elə adam olmaz ki, külək ayağının altından nə vaxtsa bir qəzet parçasını yelləyib aparmasın. Amma bu adi detaldan hamı şeir çıxara bilməz axı. Bu, bir fanilik elementidi, insanın yazdığı yazılar ayaq altına düşdü, ayağının da altından külək apardı, bunu necə poeziyaya çevirmək olar? Dahiyanə əsərlərin böyük əksəriyyəti elementar mahiyyətdən yaranan əsərlərdi. Məsələn, mən Kafkanın “Çevrilmə” hekayəsini oxuyanda düşündüm ki, mən də belə bir şey yaza bilərəm, insanı bör-böcəyə çevirməyə nə var ki… Başladım yazmağa, sonra gördüm yox ee, qardaş, ən mürəkkəb, düşündürücü əsərlər adi həyat detallarından yaranır. Asanda gizlənmiş mürəkkəbliyi görmək – budur dahilik.

Xəstəxanada boş vaxtım çox olurdu. Ümumiyyətlə, xəstəxana mühiti elə boş vaxt deməkdi, orda vaxtımın çoxunu televizora baxmaqla keçirirdim, ən çox baxdığım heyvanlar haqqında olan verilişlər idi. Məni ən çox xırda böcəklərin həyatı maraqlandırırdı; baxırdım, dəhşətə gəlirdim, ölmək-zad yadımdan çıxırdı. Gör Tanrı xırda böcəyi necə mürəkkəb və nəhəng bir mexanizm kimi yaradıb, mikroskop altında görə biləcəyimiz xırda böcəyin də ürəyi var, o da bütün canlılar kimi yaşayır, həyat uğrunda mübarizə aparır. Mənim inandığım Tanrı bax, o böcək sadəliyinə nəhəng həyat mürəkkəbliyini sığdıran Tanrıdır.

Sözümü ona gətirirəm ki, asanın içində gizlənmiş mürəkkəbi açıb göstərə bilmək üçün mütləq o dediyim düşündürücü vərdişlər lazımdır. Məni xəstəxanada ən çox düşündürən bu idi ki, mən artıq içki içə bilməyəcəyəm, içsəm, sirrozu dirildib, özümü öldürəcəyəm. İki yoldan birini seçməliyəm, ya sirrozu dirildib özümü öldürməliyəm, ya da özümü diri saxlayıb sirrozu aradan götürməliyəm. Xəstəxanada düşünürdüm ki, mən mütləq yeni bir vərdiş tapmalıyam, necə ki, içki mənim beynimi açırdı, özümdə bunu əvəz edəcək başqa bir vərdiş yaratmalıyam. Məsələn, adam var təsbeh çevirir, təsbeh əllə başın arasında rabitə yaradır, əllə bərabər baş da işləyir. Bəzi vərdişlər insanın canı bahasına başa gəlir. Biri qumar oynayır, biri saatlarla oturub şahmat oynayır. Elə yazıçı var ki, əyyaş olub, digəri arvadbaz olub. Bir ara Rusiyada istehsal olunan araq butulkalarının üstündəki etiketlərdə Ömər Xəyyamdan içki məclislərinə həsr etdiyi rübailər yazılırdı. Baxmayaraq ki, o, Şərq şairi, mütəfəkkiri idi. Mən istəmirəm ki, bundan sonrakı yaradıcılığım mənə canım bahasına başa gəlsin. İçki mənim həyatıma, yaradıcılığıma verdiyini verdi, aldığını da aldı. İçki ilə bizim aramızdakı oyun heç-heçə bitdi.

Amma hələ ki, məndə yaradıcılıq böhranı yaranmayıb, hər şey ig kimidir. İg cəhrədəki polad milin adıdır. Sadəcə, hərəkət etməkdə çətinlik çəkirəm. Çünki iki ay arxası üstə uzanmaq istər-istəməz əzələlərə yorucu təsir göstərir. Yeri gəlmişkən, bununla bağlı bir gülməli əhvalat danışım. Binamızın yanında bir dükan var, orda kök bir arvad işləyir, bu gün məni görüb dedi ki, yaman arıqlamısan, bundan sonra o zəhrimardan uzaq ol. Mən də zarafatımız olduğu üçün qayıtdım ki, xalacan, sizi də iki ay arxası üstə köməksiz halda uzatsaydılar, çöpə dönərdiniz. Mənə şükür (gülüşürük). Mənim yaşamaqdan ötrü orda arıqlamaqdan savayı əlacım yox idi.


– Ədəbi prosesi izləyə bilirsən? Yarımçıq qalmış romanın var, yəqin ki, bu romanı yazıb bitirəcəksən.

– Son günlər oxumağa başlamışam. Xəstəliyin ilk günlərində damarıma o qədər dərman köçürürdülər ki, ağırlıqdan gözlərim açılmırdı. Hətta yanıma gələn dostları xatırlamaqda çətinlik çəkirdim. Yalnız xəstəxanalara yerləşdirilən şairlərin vəziyyəti ilə maraqlanırdım. Qalan vaxtlarda mələfəyə bürünüb ayaq barmaqlarımla beynimdə züm-zümə etdiyim musiqiyə ritm tuturdum.

– Tanrıya bir sual verməli olsaydın, nə soruşardın?

– Baxır ovqatıma. Bəlkə də, saatı soruşardım.

-Bir şeirində deyirsən ki, ayrılıq ölümün plagiatıdır. Bəs xəstəlik nəyin plagiatıdır?

Xəstəlik plagiat deyil, müəllifin özüdür.

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

– See more at: http://axar.az/news/24568#sthash.EwSAno16.dpuf

Previous Post

Aqşin: “Ya özümü öldürməliyəm, ya da…”

Next Post

Ərdoğan: “Kürd qardaşlarım məni sevir”

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

Ərdoğan: “Kürd qardaşlarım məni sevir”

Ərdoğan: “Kürd qardaşlarım məni sevir”

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.