“Çox güman ki, aprelə qədər Ukrayna Qərbdən cəmi 50 tank ala biləcək ki, bu da bütün vəd edilən tədarüklərin təxminən dörddə birini təşkil edir”.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Ümumilikdə Kiyev Qərb ölkələrindən təxminən 320 ağır texnika gözləyir. Lakin bəzi ekspertlərin ehtimallarına görə, döyüş bölgəsində cəmi 50 döyüş maşını görünə bilər və bunun müxtəlif səbəbləri var.
Britaniya nəşri hesab edir ki, bu qədər sayda tank döyüş meydanında mövcud vəziyyətə böyük təsir göstərə bilməyəcək.
Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolz Kiyevin bu ilin mart ayının sonuna kimi 80 “Leopard 2” tankı alacağına ümid etdiyini bildirsə də, bunun asan olmayacağını vurğulayıb.
Almaniya hökumətindən Ukraynaya hərbi maşınların tədarükünə razılıq yalnız yanvarın sonunda ortaya çıxdı.
Yeganə