Apple Tim Kukun maaşını 40%-dən çox azaldacaq

58

Qərar investorların tənqidindən sonra qəbul edilib.
Elchi.az xəbər verir ki, Apple-ın baş direktoru Tim Kuk bu il 49 milyon dollar alacaq ki, bu da bir il əvvəlkindən 40% azdır. Bunu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının elektron məlumat bazasına daxil olan məlumatlar sübut edir.
“Cənab Kukun 2023-cü ildə ümumi hədəf mükafatı 49 milyon dollar olacaq ki, bu da 2022-ci ildəki hədəf ümumi mükafatdan 40%-dən çox azdır”, – şirkətin açıqlamasında deyilir.
Bildirilir ki, sənədi tərtib edərkən korporasiyanın profil komitəsi səhmdarların rəylərini, eləcə də “Apple”ın fəaliyyətini və “Cənab Kukun alınan rəylər fonunda öz mükafatını tənzimləmək tövsiyəsini” nəzərə alıb. Bildirilir ki, şirkət rəhbəri onun əməkhaqqının azaldılması ilə bağlı müvafiq qərarı təsdiqləyib.
Tim Kuk keçən il 12 milyon dollar bonus və daha 3 milyon dollar maaşla birlikdə 83 milyon dollardan bir qədər az səhm aldı. Şirkət rəhbərinin aldığı qiymətli kağızların sayı korporasiyanın fəaliyyətindən asılıdır.

Şayəstə