“Apple” illik təqdimatın vaxtını və yerini təyin edib

106

Apple qadcetlərinin illik payız təqdimatı sentyabrın 12-də keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti rəsmi saytında yazıb.
Wonderlust təqdimatı Kupertinonun Apple Park şəhərciyindəki Stiv Cobs Teatrında keçiriləcək . Tədbirə “The Verge”, “MacRumors” və “Appleisnider”in jurnalistləri dəvət alıblar.
Tədbirdə yeni iPhone xətti təqdim ediləcək. Bundan əlavə, korporasiya növbəti “ağıllı saatlar” Apple Watch Series 9 və qorunan Watch Ultra ikinci nəsil modellərini nümayiş etdirəcək.
Mütəxəssislərin fikrincə, iPhone 15-də yeni S9 prosessoru, özəl Lightning portu əvəzinə USB-C konnektorları, genişləndirilmiş ekran sahəsi və Pro line modelləri üçün titan korpus olacaq. ABŞ-da təxmini dəyəri 799 dollardır.

Nuranə Məmmədova