Avropa Parlamentinin (AP) Belçikadan olan üzvü Tom Vandenkendelaere Ukraynadakı münaqişə fonunda Böyük Britaniya ilə münasibətlərə yenidən baxmağa çağırıb. Elchi.az xəbər verir ki, mətni Lenta.ru tərəfindən tədqiq edilən Avropa diplomatiyasının rəhbəri Cozep Borrelə müraciətində Avropa Parlamentinin deputatı Londonla əməkdaşlığın gücləndirilməsinin zəruriliyini bildirib.
Vandenkendelaere vurğulayıb ki, Ukraynada münaqişənin başlanmasından sonra Britaniya yenidən Avropanın təhlükəsizliyinin təmin edilməsində xüsusi fəal rol oynamağa başlayıb.
“Bununla belə, Vindsor Çərçivəsinin tətbiqindən sonra Aİ və Böyük Britaniya arasında münasibətlərdə yeni ərimə təhlükəsizlik sahəsində yeni əməkdaşlığa şamil edilməyib, baxmayaraq ki, Böyük Britaniyanın hərbi mobillik üzrə “PESCO” layihəsində iştirakı bunun üçün imkanların olduğunu göstərir”. Bununla əlaqədar müraciət müəllifi Borrelldən Aİ-nin birlik və Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gələcək strategiyası barədə soruşub.
Qeyd edək ki, bundan əvvəl Britaniya tanklarının Şərqi Avropaya köçürülməsi ilə bağlı məlumat yayılmışdı.
Havar Şəfiyeva