Antalya Diplomatiya Forumunun tarixi bəlli olub

95

III Antalya Diplomatiya Forumu gələn ilin martın 1-dən 3-dək keçiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə ADF sosial şəbəkədə məlumat yayıb.

“Regional, qlobal və tematik mövzuların müzakirə olunacağı III Antalya Diplomatiya Forumu 2024-cü ilin martın 1-dən 3-dək baş tutacaq. Sizinlə təkrar görüşməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.