"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ANS kollektivindən Azərbaycan prezidentinə açıq məktub

31 Yanvar 2017 - 16:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

ANS kollektivindən Azərbaycan prezidentinə açıq məktub“Yarım ildir, qapalı qalan şirkətimiz səbr və inamla, Sizə etibar edərək vəziyyətin aydınlaşacağına, tezliklə öz fəaliyyətinin bərpa olunacağına inanır”

ANS Teleradio və Media Şirkətinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. İstiPress-in məlumatına görə, açıq məktub aşağıdakı kimidir: 
Hörmətli cənab Prezident!
Vaxtınızı açıq məktubla almağımızın səbəbi çox ciddidir. Bütün cəhdlərimizə, qapı-qapı düşüb ədalət axtarışı təşəbbüslərimizə baxmayaraq, yeddi aya yaxındır ki, ANS-in fəaliyyəti dayandırılıb. Biz həm televiziya, həm radio, həm də internet portalı olaraq, doğma Azərbaycanımıza xidmət etmək imkanından məhrum olmuşuq. ANS SSRİ-nin ilk müstəqil televiziyası olaraq, Sovet imperiyasının dağılmasının, Azərbaycanın müstəqillik qazanmasının nəinki şahidi, eləcə də xalqımızın istiqlal mübarizəsinin şəriksiz salnaməçisi olub. Bizim arxivimizdə Qarabağ müharibəsinin sapand daşından tutmuş, ən müasir silah və hərbi texnikaya qədər, bütün mərhələləri sənəd-sübutla qorunub saxlanır. Dövlət quruculuğumuzun, ən adidən ən aliyə, hər bir faktını biz lentə almışıq. Sabit dövlətə qədər keçilən yollar – inqilab və çevrilişlər, torpaqlarımızın itirilməsinin əsl səbəbləri, yoxsul bir ölkənin iqtisadi inkişafının bütün mənzərəsini ANS-in kadrlarından görmək olar. ANS yalnız onu quran təsisçilərin xüsusi mülkiyyəti deyil, xalqımızın, dövlətimizin milli sərvətidir. Bu gün biz qürurla Azərbaycan silahını dünyaya təqdim edirik, Azərbaycan muğamının beynəlxalq etirafından fəxrlə danışırıq, Azərbaycan idmançısının planetar nailiyyətlərinə sevinirik. Bunlar reallıqdır və fəxr etməli hadisələrdir.
Amma Azərbaycanda istehsal olunan xəbərin dünya səviyyəsində qəbul edilməsi faktı da var və ANS bir Azərbaycan brendi olaraq ölkəmizi adlarını çəkdiyimiz sahələrdən daha əvvəl ləyaqətlə təmsil edib. Biz ANS-in səviyyəsini CNN, BBC, REUTERS və s. kimi nəhənglərə uyğunlaşdırmağa çalışmışıq. Azərbaycan tamaşaçısı və dinləyicisinin heç bir başqa dövlətin xəbər istehlakçısından əskik olmadığını aşılamaqla məşğul olmuş, ona məlumatı dəllal və vasitəçi ilə yox, birbaşa hadisə yerindən çatdırmış, bununla da azərbaycanlılarımızı “ikinci əl”-in istehlakçısı kateqoriyasından çıxarmışıq.
Bu gün dünyanın 60-a qədər ən nüfuzlu telekanalını özündə birləşdirən ENEX birliyində ANS-in yeri keçib gəldiyi şərəfli tarixə tam uyğundur. ANS öz fəaliyyəti, təlqin etdiyi dəyərlərin çoxmiqyaslılığı ilə bir televiziyadan, radiodan və portal olmaqdan qat-qat artıqdır. Biz vətəndaşa yalan danışmadan onun real vəziyyətini göstərməyə çalışmışıq. Biz yaşadığımız problemlərdən də danışmış, tamaşaçı və dinləyicimizlə səmimi olmuş, korrupsiya və rüşvətlə bir ictimai bəla kimi mübarizə aparmağın ən vacib vəzifələrdən biri olduğunu izah etmiş, amma bütün bəlalarımızın əsas səbəbinin Qarabağ müharibəsi olduğunu izah etmiş, hətta Azərbaycanda insan haqları və demokratiyanın mövcud vəziyyətini tənqid edən beynəlxalq qurumlara da ərazi bütövlüyümüzün bərpa olunacağı günədək bütün sahələrdəki problemlərin dözülən olduğunu bildirmişik. Elə bu gün də ANS-in mövqeyi dəyişməyib.
Yarım ildir, qapalı qalan şirkətimiz səbr və inamla, Sizə etibar edərək vəziyyətin aydınlaşacağına, tezliklə öz fəaliyyətinin bərpa olunacağına inanır. Cəmiyyətdə ANS etimad və etibar göstəricisinə çevrilib. 25 illik tariximizdə ən böyük qazancımız ANS-in vətənpərvərlik ideyalarının ardıcıl daşıyıcısı tək qəbul edilməsi olub. Ulu öndər Heydər Əliyev məhz bu keyfiyyətinə görə ANS-ə bir sıra hallarda ölkənin ən mühüm informasiya vasitəsi tək yanaşıb; dövlətə və liderə lazım olan əsas xəbərin məhz ANS-dən yayılmasını təmin edib. Dəfələrlə qeyd edib ki, ANS ən mühüm olanı əla hiss edir, onu sadə və inanılan bir tərzdə cəmiyyətə təqdim etməyi bacarır.
Elə Sizin ozünüz də ANS-in, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərini dəfələrlə nümunə göstərmisiniz. Biz fəxr edirik ki, bu gün 25 yaşı tamam olan Azərbaycan vətəndaşının formalaşmasında ANS-in payı var və aprel döyüşlərində canından keçməyi bacaran gənclərimiz son döyüşə həm də ANS-dən aldıqları ardıcıl vətənpərvər tərbiyədən keçərək getmişdilər.
Hörmətli cənab Prezident!
Biz bu məktubda müstəqillik dövründə Azərbaycanın yaşadığı dramatik, qanlı və şanlı hadisələri, ANS-in bu zaman necə işlədiyini göstərməklə vaxtınızı almaq fikrində deyilik. Amma bircə onu qeyd edirik ki, Azərbaycanın taleyində 25 il ərzində elə bir mühüm hadisə yoxdur ki, ANS onun şahidi və ya iştirakçısı olmasın. 1990-ci ildə hərtərəfli blokadaya düşən Naxçıvan, tam yasaq şəraitində çalışan Heydər Əliyevin yalnız ANS vasitəsilə dünyaya çıxışı, çevriliş və hərbi hərəkətlərlə dolu 1991-1992-ci illər, 1993-cü il Gəncə qiyamı, 1994-cü il oktyabr, 1995-cil mart cevriliş cəhdləri, 2003-cü ildəki vətəndaş qarşıdurması və ardı böyük siyahı tələb edən onlarla hadisələr…
Və bu hadisələrin hər birini cəmiyyətə məhz ANS dövlətimizin maraqları baxımından çatdırıb. Təvazökarlıqdan uzaq olsa da, deməliyik ki, bu gün Azərbaycanın informasiya cəmiyyəti və ümumiyyətlə, mühitimiz ANS-siz kasıb görünür. 2016-cı il iyil ayının 18-dən sonrakı Azəbaycanda sanki bir xəbər qıtlığı var. ANS-in qapadılması insanları əsl xəbərin izinə düşərək gedib Azərbaycanı sevməyən qüvvələrin və qurumlarının fəal olduğu sosial şəbəkələrə çıxmağa təhrik edir. Burda isə artıq onu sahibsiz, ünvansız, bir sıra hallarda təhlükəli məlumatlar gözləyir. Bu gün televiziyaya baxanların sayı sürətlə azalır. Ola bilsin ki, bu həm də ANS-in bağlanmasından narazı olan insanların özünəməxsus etiraz formasıdır. ANS geri qayıdanda onlar da öz kanallarına qayıdacaqlar.
Hörmətli cənab Prezident!
Bu gün ANS-in fəaliyyət göstərdiyi ofisin qapısı möhürlənib. Yarım ildən artıqdır ki, biz öz əmlakımıza toxunmaq imkanından məhrum edilmişik. Bu əmlakın hər birini biz özümüz almışıq, bir qəpik kredit belə almadan. Qazancımızı bu sahəyə qoyub Azərbaycana ən müasir texnikalar və texnologiyalar gətirmişik. Bizə bildirirlər ki, iş gedir, araşdırma aparılır və s. Amma bu işin nə vaxt bitəcəyini demirlər. Bir yandan bizə öz əmlakımızın tozunu belə silmək üçün içəri daxil olmağı qadağan edirlər, bir yandan da yerləşdiyimiz binanın sahibi, Elmlər Akademiyası ən qısa müddətdə buranı boşaltmağı tələb edir, işığımızı, qazımızı kəsirlər. Sığındığımız bir-iki otaqdan çıxarılmağımız üçün, az qala, mühasirə şəraiti yaradırlar ki, dözməyək və buranı tərk edək. Necə tərk edək? Niyə tərk edək? Axı bu dövlətin yaradılmasında, qurulmasında bizim də az-çox xidmətlərimiz var. Məgər biz də bir tikə çörək qazanmalı, öz ürəyimizcə olan işlə məşğul olub Azərbaycana fayda verməli deyilik? Axı ayrı-ayrı təşkilatlar qarşısında ciddi öhdəlikləri olan ANS kimi bir şirkəti yarım ildir ki, bağlı saxlamaq özü-özlüyündə artıq böyük cəzadır! Əgər günahımız varsa, deməli, öz cəzamızı da çəkmişik. Özü də rəsmən bildirilir ki, ANS-in rəhbərliyi haqqında heç bir cinayət işi başlanmayıb. Belədirsə, kimsə bizə yol göstərsin. Kanalımızın fəaliyyətinin bərpası üçün hansı addımları atmalıyıq, onu desin.
ANS bu gün Azərbaycana, xalqımıza, dövlətimizə, onun Ali Baş Komandanına lazımdır! Belə deməyə həm də bizə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi bu fikirlər əsas verir: ANS-in bağlanması bu gün hamıdan çox Prezidenti və birinci xanımı narahat edir. Biz isə həm də ona görə narahatıq ki, Sizə, Sizin ailəyə narahatlıq gətirmişik, cənab Prezident!
Bizi qəbul edib dinləməyinizi və Sizə yaratdığımız narahatlığı elə bizim də iştirakımızla aradan qaldırmaq üçün imkan yaratmağınızı xahiş edirik. Bu narahatlıqlara son qoya biləcək yeganə qüvvə isə Sizsiniz, cənab Prezident!
Previous Post

ANS kollektivindən Azərbaycan prezidentinə açıq məktub

Next Post

Azərbaycanda benzin bahalaşdı

Bənzər yazılar

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım...

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52

Bu ilin II rübündə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin...

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47

Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq. Elchi.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini...

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri,...

Next Post

Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı

Son xəbərlər

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47
Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.