Ankara Türkmənistandan Avropaya tranzitlə təbii qaz tədarük etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun Aşqabad səfərinin yekunlarına dair “Neytral Türkmənistan” qəzetində dərc olunan məlumatda bildirilib.
Nəşr bildirib ki, parlamentin spikeri ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu qeyd edərək Türkiyənin Türkmənistan təbii qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, ötən gün Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan Parlamenti Xalq Məsləhətinin (yuxarı palata) sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında görüş olub.
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər
Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...





















Son şərhlər