Türkiyə Rusiya gəmilərinin Ukraynaya hücum etmək üçün İstanbul boğazından keçərək Qara dənizə daxil olmasına icazə verməyib. Doqquz ay gözlədikdən sonra Rusiya gəmiləri geriyə – Uzaq Şərqə qayıtmağa başlayıb.
Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri Andrey Klimenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və böyük sualtı qayıq əleyhinə “Admiral Tribus” gəmisi noyabrın 6-da Sinqapur boğazında Vladivostokdakı bazasına qayıdarkən görüntülənib.
Gəmilər 2 fevral 2022-ci ildən Aralıq dənizindədir və Ukrayna torpaqlarını atəşə tutmaq üçün Qara dənizə yola düşməyə hazırlaşırdılar.
“Boruların üzərində “Z” və “V” hərflərini görürsünüzmü? Köhnə zarafatdakı kimi: “Lazım olmadı…” Hər şey də Türkiyə və onun boğazları nəticəsində. Halbuki doqquz ay gözlədilər… Yorulmuşdular, təmir işləri üçün yer yox idi, ekipajlar “vəhşiləşmişdi”, – deyə Klimenko qeyd edib.
Sikorski İlon Maskı təhdid etməyə başlayıb
Polşanın xarici işlər naziri Sikorski onun SpaceX şirkəti tərəfindən Ukrayna Silahlı Qüvvələri (Ukrayna Silahlı Qüvvələri) üçün Starlink terminallarının fəaliyyətini məhdudlaşdırması...





















Son şərhlər