"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Anara Məmmədova: “Çiyinlərimdə Aygün Bəylərin adını daşıyıram”

19 Yanvar 2024 - 15:50
in MANŞET, MƏDƏNİYYƏT
FacebookVatsap

Son zamanlar bir çox sənətkarı itirdik.Bu sənətkarların hər birinin dünyalarını dəyişməsi sənət üçün, bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Gözlənilməz gedişi ilə ən çox sevdiklərini üzən sənətkarlardan biri də Respublikanın əməkdar artisti Aygün Bəylər oldu. Onun dərin musiqi dramaturgiyası, musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, ifaçılıqda nadir ustalıq, səsindəki xüsusi rəngarəngliyi onu böyük maraqla dinləməyi məcbur edirdi insanları. Aygün Bəylər sağlığında tələbələrinə də öyrətməyə çalışırdı bu sənətin sirrlərini. Elə bizim müsahibimiz də, Aygün Bəylərin tələbəsi olmuş gənc müğənni, onun xalqımız üçün yadigar qoyduğu Milli Konservatoriyanın tələbəsi, Anara Məmmədovadır. Beləliklə müsahəbəmizi təqdim edirik.

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

– Anara xanım, Aygün Bəylərlə  tanışlığınız necə yarandı?

– Biz Aygün xanımla tanış olanda bir birimizin  qohumu olduğunu bilmirdik. O, İlk dəfə məni öz evinə çağırdı. Ona demişdilər ki, belə bir istedadlı qız var. Evinə qonaq gedəndə özümü   hansısa bir doğmamın  evində hiss edirdim. Bizə çox səmimi münasibət  göstərirdi. O  ekranlarda da bunu hiss elətdirirdi. Bir çox müğənnilərdən fərqli olaraq hər kəslə çox sadə, səmimi davranırdı.

– Onunla bağlı ən çox sizə doğma olan hansı xatirələr var?

–  Onunla bağlı çox xatirəm var. Hər gün görüşürdük desəm yalan olar. Səhər gedəndə axşam qayıdırdım onlardan. Yarışma boyunca oxuduğum  əsərlər onun  məsləhəti ilə oxudum. O müşayiət edirdi, mən ifa edirdim. Hətta mahnı müəlliflərdən icazəni belə özü alırdı mənimçün. “Əziz ana” mahnını  ifa  edəndə mənə onun müşayiəti ilə daha rahat gəlirdi. Elə oldu ki, yarışa  çıxmağıma 2/3 gün qalmış   özünün müşayiət edəcəyini söylədi məni. Belə sənətkarın mənə görə o yarışmaya gəlməsi hətta məni müşayət etməsi mənimçün gözlənilməz  idi. Çünki bizim yarış saatımız  11-də başlayırdı. Orda 20 nəfərə qədər iştirakçı  vard idi. Özü ilə ifa aləti də gətirmişdi. Sıravi insanlar kimi iştirakçıların arasında oturdu. Həmin gün o, heç kəsə bildirmədən, səhnə arxasında oturmuşdu. Müşayiət eləyən anda jurilər  onun orda olduğunu bildilər.  Sonradan səhnəyə qalxdı, mənə olan dəstəyini hər kəsin qarşısında  göstərdi. O qucaqlayanda hiss elədim ki, həqiqətən yaxşı oxumuşam.

– Niyə başqa sənətkarlar yox, məhz Aygün Bəylər?

– Bəlkə də böyük səslənəcək. Amma bunu  bir çox müğənnilər, incəsənət xadimləri, mədəniyyət işçiləri də deyib, Aygün Bəylər  musiqi mədəniyyətimizin dahisidir. Muğamdan heç nə bilmirəm, ondan öyrənməliydim. İçimdə muğama qarşı  böyük sevgim var. Aygün Bəylərin bildiyi heç kəsdə yoxdur deyə müəllimim olaraq onu seçdim. O tamam başqa  sənətkar idi mənim üçün. O oxuyanda ayrı bir dünyada hiss edirdim özümü.  Hal-hazırda təhsil aldığım yerdə müəllimim  əməkdar artist Emil  Əfrasiyabdır.
Ondan  caz üslubunda çox bəhrələnirəm. Lakin Aygün xanım özü  həyatda olmasa da öyrəndiyini öyrədib mənə.

– Sizcə niyə dünyasını dəyişəndən sonra bu qədər dəyər verdilər insanlar ona? Sağ ikən yox.

– Sağ ikən onun sənətinin  nə qədər böyük olduğunu dilə gətirmək çox çətin idi insanlara. Bəlkə də qısqanırdılar.  O qədər sadə idi, heç vaxt ulduz olmaq istəmirdi.  Mən həmişə deyirəm ki, onun ulduzu sönmədi, sənətdən “Ay” və “Günəş” getdi. O olmayandan sonra  əlbətdə asand olacaq onu tərifləmək. O qayıtmamaq  şərti ilə  tərk etdi hamımızı. Onun eşitmədiyi təqdirdi onun sənətinin uca tutması daha asandır insanlara.

– O olmasaydı, hansı sənətkar əvəz edirdi  onu müəlliminiz kimi?

–  Heç kim. Aygün Bəyləri heç kim əvəz etməz. Min sənətkar olsa belə heç kəs onun  yerini verməycək mənim üçün. Hər kəsin   dediyi kimi,  gəldi yaratdı və getdi.

– Necə düşünürsüz, onun geyimi, tərzi  olduğu kimi yox,  başqa cür olsaydı insanlar yenə bu cür reaksiya  göstərərdilərmi ona?

– O geyimi ilə səhnədə olsaydı sənətkar adını qazanmazdı.  Təbii ki, hər kəs özünə görə müğənnidir. Hər kəsin öz kütləsi,  dinləyiciləri var. Düşünürəm ki, bir çox müğənnilərdə geyim və musiqi vəhdət daşıyır. Bəzilərində geyim musiqini üstələyir hətta. Lakin Aygün xanımda  əksinə idi. Onun üçün geyim, görkəm arxa plan,   sənət, musiqi, oxumaq ön planda olub. Ona yazılan  “Nur içində yat kepkalı qız”, “Nur içində yat kişi qeyrətli xanım”  kimi rəylər çıxır qarşıma. Xalq onu elə  olduğu kimi sevirdi.  O özünü o formada komfortlu hiss edirdi.

– Siz də öz tərzinizi Aygün xanımdan götürmüsünüz?

– Xeyr. Tərs insan püxtələşəndə ortaya çıxır. Mənim də  tərzimi zamanında  dəyişdirmək istəyənlər oldu. Tərz insanın ruhundan gəlir. Düşünürdüm ki Aygün xanım istədiyi kimi geyinməyəndə  başqa paltarlarda sıxılırdı, oxusa belə, əsl Aygün kimi oxumurdu. Bunu özümdə də görürəm, başqa bir tərzdə geyindirsələr istədiyim kimi oxuya bilməyəcəm.

– Bəs onun ailəsi ilə gediş-gəlişiniz var?

– Onun yanına gedib gələndə məni bütün ailəsi tanımışdı.  Qiyabi olaraq bir birimizi tanıyırdıq. Aygün xanımı  bacılarından, ailəsindən çox bəhz edirdi. Təssüf ki onları canlı olaraq ilk dəfə yas mərasimində gördüm. Canan başqa bir dünyanın uşağı idi. Tərz olaraq Aygünə xanıma  çox bənzəyir. Aygün Bəyləri  hüzn dolu baxışları var, eynən qızında da bunu gördüm. Hər zaman onun ailəsinin yanında olmağa hazıram. Amma Aygün xanımın yoxluğundan istifadə edib onun ailəsinin ətəyindən  yapışan insanlardan da olmaram. Çox deyirlər ki, onun yolunu davam elə. Aygün Bəylərin yolunu davam edə biləcək bir nəfər var, o da onun bacısıdır. Zümrüd xanımın səsində Aygün Bəylərin çalarları var. Bir neçə proqramlarda o Aygün xanımla oxuyum və istəyərdim xalq onun səsini də tanısın. Əlbəttə çiyinlərimdə Aygün Bəylər adı var. Onun adını, sənətini uca etməyə, onun kimi hər yerdə canlı oxumağa bacardığım qədər çalışacam. Aygün xanım mənə çox şey öyrətdi, muğam üçün hələ tezdir deyirdi, təssüf ki onun üçün tez, mənim üçün gec oldu.

– Konservatoriyaya girməyinizdə Aygün xanımın rolu nə qədərdir?

– Konservatoriyaya daxil olmaq istəyəndə o mənə görə çox sevinmişdi. Dövlət imtahanından  kənar  Musiqi Nəzəriyyəsindən  imtahan verməliydim. Musiqi təhsilim ümumiyyətlə yox idi.   Aygün xanımın yanına getdim.  Mənə görə maraqlanıb, çox araşdırırdı.
Sonra Konservatoriyada görüşcəkdik. O həmin vaxtı gecikmişdi,  onda hiss elədim ki,  səhəti yaxşı deyil. Bizi xoş qarşıladılar orda. Azər Zeynalovun yanına getdik. Ona məndən bəhz elədi. Azər müəllim özü məni müşayiət elədi,  “Ana” mahnısını oxumuşdum. Mənim uğur qazanmağım üçün Aygün xanım çox çalışıb. Onun sayəsində məni Səadət Verdiyevaya (Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ifaçılıq fakultəsinin dekanı ) yönləndirdilər. Cəmi 8 dərs Səadət xanımın yanına getdim. Səadət xanımın peşəkarlıq qabiliyyətini burada vurğulamaq istəyərdim. Getdiyim 8 dərsin nəticəsi olaraq 30 sualdan 24 dənə doğru cavab  verdim. Bununla da həm özümü, həm də Aygün xanımı sevindirərək Azərbaycan Milli Konservatoriyasına yüksək nəticələrlə qəbul olundum.

Havar Şəfiyeva

Previous Post

Anara Məmmədova: “Çiyinlərimdə Aygün Bəylərin adını daşıyıram”

Next Post

Şolz sağçıları demokratiyanın düşmənləri adlandırıb

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post
Şolz  sağçıları demokratiyanın düşmənləri adlandırıb

Şolz sağçıları demokratiyanın düşmənləri adlandırıb

Şolz  sağçıları demokratiyanın düşmənləri adlandırıb

Şolz sağçıları demokratiyanın düşmənləri adlandırıb

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.