"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Anar Məmmədli: QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durum var

31 Mart 2016 - 12:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində həbsxanalarda məhbuslara münasibət, məhbusların saxlanma şəraiti, QHT-lərin mövcud durumu və problemin həllindən danışıb.

Bunu da oxuyun

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Amerikanın Səsi: Siz bu günlərdə həbsdən azadlığa buraxılıbsınız. Məhbusların saxlanma şəraiti ilə bağlı nə deyə bilərsiniz?

Təsəvvürünüzə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi dörd sanitar qovşağı (tualet) var. Bu da çox ciddi çətinliklərdən xəbər verir.

Anar Məmmədli: Həbsdə olduğum 2 il 3 ay müddətdə, – 1 il qapalı rejimdə Kürdəxanıdakı istintaq təcridxanasında, 1 il 3 ay isə 13 saylı cəzaçəkmə müəssisəsində yaşadım. Kürdəxanıdakı vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Çünki bu yaxınlarda tikilib, istifadəyə verilmiş bir binadır. Ancaq orada da infrastrukturla bağlı müəyyən problemlər qalmaqdadır. Xüsusilə də diqqət çəkən əsas çətinlik (bizim kamerada olmasa da başqa kameralarda) sanitariya qaydalarının pozulması halları, bir də dustaqların sayından, yəni yerlərin sayından dustaqların sayının çox olmasıdır. Məsələn, 4 nəfərlik kameraya bəzən 6-8 nəfər məhkumu yerləşdirirlər. Bu da əlbəttə, çox ciddi şəkildə problemlər yaradır. 13 saylı cəzaçəkmə müəssisəsində isə ciddi problem infrastrukurla bağlıdır. Demək olar ki, kanalizasiya, elektrik, istilik, suyun verilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu da həmin obyektin ərazisinin keçmiş SSRİ dövründə tikilib istifadəyə verilməsi, çox köhnəlməsi ilə bağlıdır. Demək olar ki, sanitar qovşaqları yoxdur. Təsəvvürünüzə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi dörd sanitar qovşağı (tualet) var. Bu da çox ciddi çətinliklərdən xəbər verir. Yəni bu, bir nümunədir. Ümulikdə isə problemlər xeyli dərəcədə çoxdur.

Amerikanın Səsi: Bəzi media orqanları saxlanma yerlərində məhbusların işgəncələrə və yaxud qeyri insani münasibətlərə məruz qalması barədə məlumatlar dərc edir. Rəsmi strukturlar isə bunu inkar edir. Siz necə düşünürsünüz, saxlandığınız müddətdə belə hallarla rastlaşıbsınızmı?

Amma, özümün şəxsən şahidi olduğum belə bir işgəncə görməmişəm.

Anar Məmmədli: Konkret olaraq mənə və mənim tanıdığım, ünsiyyətdə olduğum siyasi məhkumlara qarşı belə bir münasibət baş verməyib. Müəyyən hallarda məhkum olaraq hüquqlarımızın pozulması ilə bağlı hallar olanda dərhal reaksiya verirdik və çalışırdıq bunu aradan qaldıraq. Bizim ən ciddi çətinliyimiz mətbuata abunə yazıldıqdan sonra, bu abunənin bizə çatdırılması ilə bağlı idi. Yəni, bilmirəm, bunu da informasiyaya ehtiyacı olan bir şəxs üçün işgəncə hesab etmək olar? Çünki, təsəvvürünüzə gətirin ki, dəfələrlə olub ki, bizim abunə yazıldığımız qəzetlər ya bizə verilmir, yada ki, həbsxanaya gətiriləndə oradan bəzi məqalələr kəsilib götürülürdü. Digər dustaqlar isə belə halların olduğunu bildirirdilər. Əfusular ki, biz onlara hüquqlarını başa salırdıq, onlara bildirirdik ki, bununla bağlı məhkəməyə müraciət edin, çox böyük əksəriyyət bu kimi hallardan istifadə etmirdi. Amma, özümün şəxsən şahidi olduğum belə bir işgəncə görməmişəm.

Amerikanın Səsi: Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının (QHT) azad fəaliyyəti üçün şərait varmı? Bu sahədə hansı islahatlara ehtiyac duyursunuz?

Biz təxminən SSRİ dövrünün vəziyyətinə gəlib çatmışıq.

Anar Məmmədli: Azəarbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı vəziyyəti sıfır vəziyyəti hesab edirəm. Çünki hal-hazırda Azərbaycanda vətəndaş cəmiyyəti, ümumiyyətlə vətəndaşların birləşmək azadlığına olan münasibət sıfır səviyyəsindədir. Bu dəyişilməlidir. Biz təxminən SSRİ dövrünün vəziyyətinə gəlib çatmışıq. Bank hesabları bağlanılıb, xarici donor təşkilatlarla münasibət demək olar ki, sıfıra endirilib, QHT-nin qeydiyyatdan keçirilməsi müşkülə çevrilib, xeyli sayda QHT fəalının bank hesabı dondurulub və bu günlərədək həbslər, cinayət işləri, bu kimi hallar əlbəttə QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durumun olduğunu göstərir. Mən hesab edirəm kio, həm qanunvericiliklə bağlı, həm də mövcud ictimai-siyasi praktikanın dəyişdirilməsi ilə bağlı ciddi islahatlara ehtiyac var.

Amerikanın Səsi: Sizin rəhbərlik etdiyiniz QHT-də daxil olmaqla bir sıraQHT-lərin bank hesabları dondurulub, rəhbərlərinin xaricə çıxışına qadağa qoyulub. Bundasn sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz?

Yəqin ki, bizim ilk işimiz hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara islahatların getməsi, təkmilləşdirmənin aparılması ilə bağlı fəaliyyət olacaq.

Anar Məmmədli: Doğrusu, bir təşkilat olaraq fəaliyyət göstərməyimiz hal-hazırda müşkülə çevrilib. Çünki biz xüsusi olaraq xarici donorlardan maliyyələşən təşkilat olmuşuq. Bizim hal-hazırda maliyyə fəaliyyətimizlə bağlı son bir il yarım bir dövrdə ciddi problemlər yaranıb. O problemi aşmaq üçün birinci növbədə qanunvericilik dəyişməlidir. O baxımdan bizim ciddi böyük layihələr həyata keçirməyimiz çətin görünür, perspektivsiz görünür. Yəqin ki, bizim ilk işimiz hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara islahatların getməsi, təkmilləşdirmənin aparılması ilə bağlı fəaliyyət olacaq. Biz birinci növbədə özümüz üçün fəaliyyət məkanının yaradılmasına çalışmalıyıq. Ondan sonra, digər istiqamətlərdə fəaliyyət göstərməyə başlamalıyıq. Ancaq, əlbəttə ki, mən bir fərdəm və fərd kimi öz fəaliyyətimi göstərəcəm. Hansısa siyasi məhbusun azad olunması ilə bağlı, ona müəyyən dəstəyin göstərilməsi ilə bağlı və ya məhkəmə proseslərinin monitorinqi ilə bağlı fərdi qaydada iş görəcəm. Yəni öz bilik və bacarığımı bu prosesə sərf etməyə çalışacam.

Amerikanın Səsi: Hazırda həbsdə olan siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması üçün cəmiyyət və hökumət nə etməlidir? Çıxış yolunu nədə görürsünüz?

Ona görə də həm sosial medianın, həm beynəlxalq təşkilatlarla əlaqələr hesabına, ictimai təşkilatlar, siyasi partiyalar doğrudan da güclərini, səylərini birləşdirməlidir və Azərbaycanda axırıncı siyasi məhbus azadlığa çıxanadək bu prosesə töhfə verməlidirlər.

Anar Məmmədli: Hökumət bir şey etməlidir, konkret olaraq siyasi iradə nümayiş etdirməlidir. Hökumət fərqində olmalıdır ki, nə qədər ki, Azərbaycanda siyasi məhbus var, Azərbaycan dünya birliyi tərəfindən, üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qınaqlara və təzyiqlərə məruz qalacaq. Bu məsələdə ikinci bir suçlunu axtarmaq, məsuliyyətli cavabdeh şəxs axtarmağa ehtiyac yoxdur. Cəmiyyət isə buna qədər göstərdiyi səyləri daha da artırmalıdır. Çünki hal-hazırda Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında siyasi məhbus sayına görə ilk üçlükdə yerləşir. Bizim üçün utancdır ki, 21-ci əsrin əvvəllərində ölkəmizdə çoxlu sayda insan öz alternativ fikrinə, alternativ siyasi fəaliyyətinə, baxışlarına görə həbsdədir. Ona görə də həm sosial medianın, həm beynəlxalq təşkilatlarla əlaqələr hesabına, ictimai təşkilatlar, siyasi partiyalar doğrudan da güclərini, səylərini birləşdirməlidir və Azərbaycanda axırıncı siyasi məhbus azadlığa çıxanadək bu prosesə töhfə verməlidirlər.

Previous Post

Anar Məmmədli: QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durum var

Next Post

Şamaxıda törədilmiş 1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə

Bənzər yazılar

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Elchi.az "Haber Global"a...

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29

Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin...

Next Post

Şamaxıda törədilmiş 1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə

Şamaxıda törədilmiş 1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.