Amerikalılar Rusiyanı tərk eləmək istəmir

120

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasına və casusluqda ittiham olunan amerikalı jurnalist Evan Gerşkoviçin həbsinə baxmayaraq, bir çox ABŞ vətəndaşı Rusiyada qalmaq qərarına gəlib. Elchi.az xəbər verir ki, bu barədə The Vall Street Journal yazır.

Cənubdan Rusiyanın şimal paytaxtına gələn 27 yaşlı tələbə Daniel Mesta “Burada olmaq istəyim, Sankt-Peterburqa olan sevgim, Rusiyaya və ruslara yaxşı insanlar kimi inamım qorxumdan daha güclüdür” deyib.

Nəşr həmçinin qeyd edir ki, bir çox amerikalılar ABŞ hakimiyyətinin qorxusuna görə anonim müsahibələr veriblər ki, onlar Rusiyada özlərini təhlükəsiz və evlərində hiss etdiklərini, buna görə də ölkəni tərk etmək istəmədiklərini etiraf ediblər.

Havar Şəfiyeva