Amerikalılar Baydenin yenidən prezident olmasını istəyirmi?

75

ABŞ vətəndaşlarının əksəriyyəti ölkənin hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən iştirak etmək üçün “çox qoca” olduğuna inanır.

Elchi.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı YahooNews/YouGov-un birgə keçirdiyi sorğunun nəticələrinə əsaslandırıb.

Qeyd edildiyi kimi, Demokratlar Partiyasının tərəfdarları arasında çoxları Baydenin yaşının problem olması ilə razılaşır – bu bəyanatı 48% dəstəkləyib və yalnız 34% bununla razılaşmayıb. Müstəqil seçicilərə gəlincə, 71% ABŞ prezidenti ikinci müddət üçün çox yaşlı olduğunu ifadə edib.

Bayden hələ 2024-cü il seçkilərində iştirakını rəsmən açıqlamayıb. Əgər ABŞ prezidenti səsvermədə iştirak etmək qərarına gəlsə və qalib olsa, o zaman ikinci müddətinin əvvəlinə onun 82, sonuna qədər isə 86 yaşı tamam olacaq.(musavat)