Almaniyanın məhsullarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi Alman müdafiə konserni “Rheinmetall” bəri sursatların qiymətlərini artırıb. Elchi.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri yazır.
Nəşr iddia edir ki, “Rheinmetall” Almaniya hökuməti ilə 2029-cu ilə qədər ümumilikdə 1,2 milyard avroluq tədarük müqaviləsi bağlayıb. Jurnalistlər konsernin istehsal edəcəyi döyüş sursatlarının siyahısını alıb və belə nəticəyə gəliblər ki, 155 mm-lik artilleriya sursatı 3600 avroya başa gələcək.
Eyni zamanda, Almaniya Maliyyə Nazirliyi qiymətlərin daha da artacağı ilə bağlı xəbərdarlıq edir. Qeyd olunur ki, 2022-ci ilin fevralında Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl artilleriya sursatlarının qiyməti maksimum iki min avroya çatıb.
Havar Şəfiyeva