Almaniyadan ikili vətəndaşlıq ADDIMI

55

Almaniya əcnəbilərin daha yaxşı inteqrasiyası üçün vətəndaşlıq qanunu hazırlayıb. Ölkəyə sevgisi olan, uyğunlaşan və bu dildə danışan şəxslər 5 ildən sonra Almaniya vətəndaşı ola biləcəklər.

Elchi.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Müasir Vətəndaşlıq Qanunu” layihəsi hazırda qüvvədə olan “Vətəndaşlıq Qanunu”na uyğun olaraq Almaniya vətəndaşlığına dair müraciət edə bilmək üçün Almaniyada qanuni yaşayış müddətinin 8 ildən 5 ilə endirilməsini nəzərdə tutur.

Uğurlu olanlara 3 il…

Məktəblərdə və peşə təhsilində çox müvəffəqiyyət qazananlar, ölkəyə yaxşı uyğunlaşanlar, xeyriyyə işlərində şərəflə çalışanlar üçün isə alman vətəndaşlığını 3 ilə ala biləcəklər.

Alman vətəndaşlığını almış şəxslərdən öz vətəndaşlığından imtina etmələrinin tələb olunmamasını və beləliklə də ikili vətəndaşlığa imkan verən qanun layihəsində Almaniya vətəndaşlığı və uşaqlarına ikili vətəndaşlıq hüququ verilməsi də var.

Yeganə