Almaniyanın qərbindəki Hagen şəhərində atışma nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Elchi.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, atışma Dörnen Wertstoffe GbmH təkrar emal zavodunun ərazisində baş verib. Hadisə yerinə xeyli sayda polis kontingenti, eləcə də təcili yardım maşınları gəlib.
Hazırda zavodun ərazisi mühasirəyə alınıb. Jurnalistlərin dediyi kimi, atışmada şübhəli bilinən şəxs qaynar təqibdə yaxalanıb. Hələlik əlavə təfərrüatlar verilmir.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın “Sindelfingen şəhərində Mercedes-Benz zavodunda atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Havar Şəfiyeva