Almaniya hökuməti radikal Əfqanıstan Taliban hərəkatının hökumətində Ərzaq və Dərman Administrasiyasının rəhbəri Əbdül Bari Ömərin Kölndə dini tədbirdə çıxışını pisləyib və qəbuledilməz adlandırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
“Taliban nümayəndəsinin Kölndəki çıxışı tamamilə qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Almaniyada heç kim radikal islamçılara səhnə təklif edə bilməz Biz bu funksionerin çıxışını ən kəskin şəkildə pisləyirik”, – deyə nazirlikdən bildirilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, Taliban ciddi insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır, ona görə də bu hərəkat üzvlərinin ölkədə heç bir əlaqəsi yoxdur. O, əlavə edib ki, Almaniya Talibana viza vermədiyindən və onun tədbirdə iştirakı ilə bağlı xarici siyasət idarəsinə məlumat verilmədiyi üçün bu insidentlə bağlı hökumət tərəfindən araşdırma aparılır.
Havar Şəfiyeva