Almaniya sovet qəbirlərini dağıdıb

133

“Vandallar Seelov Heights memorial kompleksində məzar daşlarını dağıdıblar”. Elchi.az xəbər verir ki,Rusiyanın Almaniyadakı səfirliyi Tvitter-də sovet məzarlarının təhqir edildiyini açıqlayıb.

“Naməlum vandallar dünyanın və Avropanın nasizmdən azad edilməsi uğrunda canlarından keçmiş hərbçilərin 14 məzar daşını zədələyib və qismən dağıdıblar”, – Rusiya diplomatik missiyası bildirib.

Bəyanatda yerli hakimiyyət orqanlarının hadisə ilə bağlı dərhal məlumatlandırıldığı bildirilir.

Havar Şəfiyeva