Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketləri, o cümlədən onlardan yayınmaların qarşısının alınması üzrə işlər görməyə başlayıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Biz indi Brüsseldə 12-ci sanksiyalar paketini təsdiqləmişik və bundan sonra yeni paketlər gələcək. Bu o deməkdir ki, sanksiyalar sistemi genişlənəcək və təkmilləşəcək” – deyə Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov anti-Rusiya sanksiyalarının müsbət təsirini adlandırıb.
Havar Şəfiyeva