Almaniya iqtisadiyyatı ikinci rübdə durğunluq yaşayır

99

Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkə iqtisadiyyatının qış dövründəki texniki tənəzzüldən sonra ilin ikinci rübündə əvvəlki illə müqayisədə artımının sabit qaldığını bildirib.
Elchi.az xəbər verir ki, destatis-in yekun məlumatlarına görə, Almaniyada mövsüm və təqvim təsirindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb. Beləliklə, Destatis 28 İyulda elan etdiyi 0 faizlik artım sürətini qabaqcıl məlumatlarla təsdiqlədi.
Ötən ilin ikinci rübü ilə müqayisədə ölkədə ÜDM 0,2 faiz azalıb.
Ölkənin ÜDM-nin ardıcıl üçüncü dəfə arta bilməməsi diqqətçəkən idi.
Avropanın ən böyük, dünyada isə dördüncü olan Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4 faiz, ilin birinci rübündə isə 0,1 faiz azalıb.
Destatis-in rəhbəri Ruth Brand, “Alman iqtisadiyyatı əvvəlki iki rübdə bir qədər azaldıqdan sonra yazda sabitləşdi” dedi. ifadəsini işlətdi.

Şayəstə Hüseynova