Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Növbəti oyun günündə daha iki qarşılaşma baş tutub.
Öz meydanında “Arsenal”ı qəbul edən “Bavariya” 5:1 hesabı ilə rəqibini diz çökdürüb.
“Real” isə “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkib. Qarşılaşma “Real”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları fevralın 21-22-də keçiriləcək.
21 fevral
“Bayer Leverkuzen” (Almaniya) – “Atletiko” (İspaniya)
“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa)
22 fevral
“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)