Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

48

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının islam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif əş-Şeyxin dəvəti ilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.

Elchi.az xəbər verir ki, bu barədə QMİ məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində QMİ sədri Allahşükür Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.

Səfər müddətində Allahşükür Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.