"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Allah YAP hakimiyyətinə də, sizlərə də insaf versin”

22 Noyabr 2014 - 13:17
in XƏBƏR LENTİ
FacebookVatsap

“Ermənipərəst” ifadəsini təhqir sayıb, bizi təhqir edən hüquqşünas soydaşıma

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

1Əziz dostlar, 3 gündür Avropa Birliyinin Batumi Forumunda sıradan reportyor kimi işləməkdəyəm. Hazırladığım xəbərləri yəqin ki, çoxlarınız oxuyub. O xəbərlər sayəsində Forum ölkəmizdə və region dövlətlərində maraqla izlənməkdədir. Lakin mənim yaydığım xəbərlər bir çox soydaşlarımızı möhkəm qəzəbləndirib. Nədi-nədi, Çexiya təşkilatı olan “Peeople in Need” barədə “ermənipərəst” yazmışam. Özlərinə əl qatıblar, həşir salırlar. İllərlə salam verdiyimiz, münasibət qurduğumuz, ən kritik anlarında informasiya dəstəyi verdiyimiz bir sıra adamlar dayanmadan təhqir, nifrin yağdırırlar. Sanki “ermənipərəst” ifadəsini bir xarici təşkilata yox, bunların soy ağaclarına yazmışıq.
Hər nə qədər yazsaq ki, xanımlar, cənablar, bu ifadə Forumun azərbaycanlı həmsədri Vüqar Bayramova məxsusdur. Hətta dırnaq içərisində onun fikirləri kimi verdik, ilk olaraq. Çifayda. Rauf Arifoğlunu növbəti dəfə qaralamaq fürsəti yaranıb və başlayıblar…
Vüqar bəy bir mühüm sirri də açıb – bu təşkilat bir ildən çoxdur ki, Vətəndaş Cəmiyyəti Forumunda Dağlıq Qarabağın separatçı ermənilərini tamhüquqlu heyət kimi Foruma üzv etmək istəyir. Və bununla bağlı dəfələrlə Azərbaycan heyəti ilə dəfələrlə mübahisələr olub. Mən bu təşkilat haqqında ilk olaraq burada – həm də Forumun həmsədri olan Vüqar Bayramovdan eşitdim. Xəbərdə də hər dəfə milli heyətimizin üzvlərindən xahiş edirdim ki, onun adını necə yazmaqda mənə kömək etsinlər…
Mövzu böyüdü, indi bir sıra yazarlar, o cümlədən də siyasi mühacir olan Elbəyi Həsənli müstəqil araşdırma aparıblar, faktlar əsasında müəyyən ediblər ki, bu təşkilat doğrudan da özünü ermənilərə daha yaxın hesab edir.
Bu yazıları da mənim adıma yapışdırmaq cəhdləri var. Bədxahlarımı anlayıram – onlar futboldan da reportaj yazsam, məni hədəfə götürəcəklər. Lakin hörmət etdiyim, hüquqşünas kimi hər zaman qəzetimizlə əməkdaşlıq edən, bu prosesdə indiyəcən hansısa tənqid söyləməyən Xalid Bağırov da bu xora qoşulanda, istər-istəməz, reaksiya verməli olursan.
Xalid bəy qiymətli adamdır. Cəsarətli hüquqşünasdır. Məni təhqir edib, qırmızı xətləri keçib – bu, yalnız bir fraqmentdir və mən bir fraqmentə görə yerdə qalanların üstündən xətt çəkəcək deyiləm. Təhqirlərə görə onu məhkəməyə də verməyəcəm. Çətin anlarında informasiya dəstəyi vermişik – bundan sonra da belə olacaq. Lakin Xalid Bağırov da hüquqşünas kimi də, savadlı vətəndaş kimi də, əlində heç bir əsas olmadan bir qəzeti, onun təsisçisini, kollektivini təhqir etməməlidir. Mənim özümü də, kollektivi də yaman deyən ağızlardan qorumaq, hər kəsə həddini bildirmək üçün kimsədə olmayan yüksək imkanlarım var. Lakin dediyim kimi, bu imkanları saydığımız, syğı duyduğumuz insanlara qarşı istifadə etməyə deyil, onların xidmətinə verməyə maraqlıyıq.
Hörmətli Xalid bəyə onun Facebook profilində, məni və qəzetimizi aşağılayan statusunun sonlarında bir cavab yazdım. Lakin sonra onun və başqalarının digər statuslarına baxdım, hesab etdim ki, bu məsələ ictimailəşməlidir.
Aşağıda Xalid Bağırova yazdığım cavabın əsasında bu mövzuya dair fikirlərimi təqdim edirəm. Media istifadə edə bilər.
****
Xalid bey, salam. Gözləmədiyim halda sizdən ardıcıl təhqirlər alıram. Şəxsinizə və gördüyünüz işə hörmət olaraq, hələ ki, susuram, mətbuatda sizə cavab vermirəm. Hesab edirəm ki, sizinlə qəzet olaraq , hər zaman normal əməkdaşlığımız olub. Ən kritik anlarda sizə də, müvəkkillərinizə də informasiya dəstəyi vermişik. Sadəcə sizi feysdə dostluqdan çıxardım – çünki virtual da olsa, belə dost olmaz. Bu, digər virtual dostlara da aiddir. Amma lütfən qırmızı xətləri keçməməyə çalışın. Mən doğru bildiyim və 25 ildir gördüyüm işi görürəm. Məlumat toplayır, xəbər hazırlayır və yayıram. Bir qəzet, 3 saytın təsisçisiyəm. Gündə orta hesabla 200 xəbər yayırıq. Təbii ki, onların heç də hamısı hər kəsə xoş gəlməyəcək. Və fəaliyyətimiz barədə təbii ki, sizin də, başqaları kimi fikir bildirmək səlahiyyətiniz var. Lakin yüksək səviyyəli hüquqşünasa yaraşmayan ifadələr işlətməyin. Əlinizdə mötəbər, ya da hər hansı sübut, fakt növü olmadan barəmizdə hökm kimi ifadələr yazmayın. Onları haqq edəcək hər hansı bir işimiz olmayıb. Həm də siz hüquqşünas olaraq bilirsiniz ki, ermənipərəst, fransızpərəst, türkpərəst, amerikapərəst, iranpərəst və s. ifadələr təhqir deyil, heç böhtan da deyil. Bunlardan bir-ikisi bizə – azərbaycanlılara təhqir kimi gələ bilər. Lakin “Peeplo in Need” təşkilatının təmsilçiləri sırasında, bildiyim qədər, azərbaycanlı yoxdur. Həm də sizlərə nə düşüb – bu təşkilatın vəkilləri sırasında deyilsiniz, mən bilən. Onlar özləri rəsmi bildiriş yayıb, bunu kompliment kimi qəbul etsələr, nə edəcəksiniz? Bəlkə “ermənipərəst” ifadəsi onları sevindirəcək?
Ona görə də bu qədər narahat olmağa, bu qədər həyəcanlanmağa, hər gün bu təşkilatı dəstəkləyən 3-4 status yazıb, bizi təhqir etməyə dəyməz. Dediyiniz o yazını – bu təşkilatın erməni simpatizanı olması haqda araşdırmanı isə mən yazmamışam, naşir kimi dərc etmişəm. Hesab edirəm, bir hüquqçu kimi bunların da fərqli şeylər olduğunun fərqindəsiniz. Yazını öz təşəbbüsü ilə mühacir jurnalistimiz Elbəyi Həsənli yazıb. Oradakı bütün faktlarsa “Peeple in Need təşkilatının saytından götürülüb.
Məni YAP-çı Səlim Babayevlə eyni sırada durmaqda ittiham edişiniz. Nə olacaq ki – bunu təhqirdən saymam. Lakin diqqətinizi bir fakta yönəldim. Məlum xəbərin video-görüntüsündə bir detal var. Həmin anlarda tanımadığım, kimliyini, adını belə bilmədiyim Səlim Babayevə yaxınlaşıram və xahiş edirəm ki, müsavat.com-a açıqlama versin. Cavabı: “Nə danışırsan, məni güllələyərlər…”
Sonradan bildim ki, bu adam YAP-çıdır və onu da “…güllələyəcək” olan YAP iqtidarıdır.
Allah YAP-çılara da, Sizlərə də insaf versin.
Zəruri qeyd: Bəzi söyləntilərə cavab olaraq yazıram ki, məni bu tədbirə Avropa Birliyi dəvət edib. Biletimi də, otelimin pulunu da onlar ödəyib. Üstəlik, 3 günümə 90 avro da nəğd pul veriblər ki, ac qalmayım…

 

Previous Post

“Allah YAP hakimiyyətinə də, sizlərə də insaf versin”

Next Post

Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərdi

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərdi

Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərdi

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.