Alban mətnlərini tədqiq edən gürcü tarixçi vəfat edib

35

Dünyaca məşhur gürcü tarixçisi və dilçisi, qafqazşünas alim Zaza Aleksidze dünyasını dəyişib.

Elchi.az xəbər verir ki, o, bu gün vəfat edib.

Zaza Aleksidze 1935-ci ilin 3 avqustunda anadan olub. Bir sıra elmi araşdırmaların nəticəsi kimi mükafatlar alıb. Onun ən son aldığı mükafat “Fransız Renessansı” qızıl medalı olub.

O, həmçinin 2022-ci ildə dünya mədəniyyətinə verdiyi töhfəyə görə də mükafatlandırılıb.

Zaza Aleksizde, eyni zamanda, albandilli mətnlərin deşifrə edilməsinə də nail olub, mətnləri oxuya bilib. Belə ki, Sinay monastrında tapılan əlyazmanın gürcü və erməni əlifbası ilə yazılmadığı ortaya çıxdıqdan sonra görkəmli alim həmin əlyazmanı vaxtilə Mingəçevirdə tapılan əlaazma ilə tutuşdurmuş, onun alban dilində yazıldığını sübut etmişdir.(apa)