Aİ Rusiyaya qonşu olan ölkələri sanksiyalardan yayınmaqda şübhəli bilir

84

Avropa İttifaqının (Aİ) səlahiyyətliləri məhdudiyyətlərdən yayındıqlarına dair şübhələrə görə Rusiyaya qonşu ölkələrə ixracın artımı ilə bağlı məlumatları yoxlayacaqlar. Elchi.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan deyib.

O qeyd edib ki, Avropadan Rusiyaya ticarət axını nəzərəçarpacaq dərəcədə azalıb, üçüncü ölkələrə, xüsusən də Rusiya Federasiyasına yaxın ölkələrə ixrac artıb.
Xüsusi nümayəndə konkret dövlətlərin adını çəkməsə də, jurnalistlər Qırğızıstan və Ermənistanın Aİ-dən ixracı əhəmiyyətli dərəcədə artırdığını qeyd ediblər. Həmçinin, Türkiyə Aİ-dən daha çox mal almağa başlayıb, materialda deyilir.

Daha əvvəl bildirilmişdi ki, ötən ilin sonunda Rusiyanın idxalı və ixracı demək olar ki, eyni vaxtda azalıb. Belə ki, dekabrda ölkəyə mal idxalı 2021-ci ilin dekabr ayı ilə müqayisədə 13 faiz, xaricə məhsul ixracı isə 16 faiz azalıb.

Havar Şəfiyeva