Aİ ölkələrinin diplomatları qazın qiymətinin yuxarı həddinin tətbiqinin nəticələrinə dair Avropa Komissiyasının təqdim etdiyi hesabatı müzakirə edirlər.
Elchi.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən yazır.
Qeyd olunur ki, 2023-cü ilin fevralında qiymət həddi MVt/saat üçün 180 avro (1 min kubmetr üçün təxminən 2 min dollar) müəyyən edilib.
AK-nın fikrincə, tətbiq edilən sanksiyalar qaz bazarına təsir etməyib və resursun qiymətləri qalxmayıb. Bunun fonunda komissiya nümayəndələri məhdudiyyətlərin uzadılmasına, külək və günəş elektrik stansiyalarının tikintisinə pul ayrılmasına çağırıblar.
Eyni zamanda, məqalə müəllifi izah edib ki, diplomatlar bu tədbirin uzadılmasının zəruriliyinə şübhə edirlər. O, əlavə edib ki, Aİ ölkələrinin nümayəndələri Balticconnector-da “təxribat” və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi kimi amilləri nəzərə almağa məcburdurlar.
Nuranə Məmmədova