Aİ meymunçiçəyinə qarşı böyük həcmdə vaksin sifariş edib

45

Avropa İttifaqı Danimarkanın “Bavarian Nordic” şirkətinə meymunçiçəyinə qarşı 2 milyon doza vaksin sifariş edib.

Elchi.az-ın xəbərinə görə, İttifaqda meymunçiçəyinə qarşı yalnız bu əczaçılıq şirkətinin vaksinlərindən istifadəyə icazə verilir.

2023-2024-cü illəri əhatə edəcək müqavilənin dəyəri açıqlanmır.