Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub.
Elchi.az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıb.