"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ağdamın icra başçısı saxta diplomlu kürəkənini işə düzəltmək üçün Çovdarova nə verib?

05 Sentyabr 2016 - 09:45
in XƏBƏR LENTİ
FacebookVatsap

 Ağdamın icra başçısı saxta diplomlu kürəkənini işə düzəltmək üçün Çovdarova nə verib?

Ağdam rayon icra hakimiyyətinin indiki başçısı, MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi Raqub Məmmədov bir neçə şəxsi MTN-nin rəhbərliyindəki cinayətkar dəstənin vasitəsilə nazirlikdə işə qəbul etdirib. Bu şəxslərdən biri də onun öz kürəkəni Bayramov Pərviz Hüseyn oğludur.

Bunu da oxuyun

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

Təyinat aldığı gündən Ağdam ictimaiyyəti tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilmiş rayon icra başçısı Raqub Məmmədov çətin durumdadır.

Ötən sayımızda bu problemlərin nədən ibarət olması haqda yazmışdıq. Rayondan verilən məlumatlara görə icra başçısı öz yaxın adamları vasitəsilə müxtəlif şəxslərdən pul alaraq vəzifəyə qoyacağı vədini verib. Sonradan bu baş vermədikdə rayondan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin ardı-arası kəsilməyib. Məsələ ilə bağlı artıq həbs olunan da var. Gözlənilir ki, həmin şəx Raqub Məmmədova qarşı ifadələr verəcək.

Diğər tərəfdən bəzi mətbu orqanlrda icra başçısı ilə bağlı diğər maraqlı məlumat yayılıb. Bildirilir ki, Ağdam rayon icra hakimiyyətinin indiki başçısı, MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi Raqub Məmmədov bir neçə şəxsi MTN-nin rəhbərliyindəki cinayətkar dəstənin vasitəsilə nazirlikdə işə qəbul etdirib. Bu şəxslərdən biri də onun öz kürəkəni Bayramov Pərviz Hüseyn oğludur:

“Ağdamın icra başçısı Raqub Məmmədov kürəkənini təhsili olmadığı halda saxtakarlıqla MTN-nə işə qəbul etdirib. Akif Çovdarov və Tehran Babatov MTN-nə kadr yığarkən onların təhsilinin olub-olmamasına heç fikir verməyiblər və əsas danışıqlar başqa şeylə bağlı olub. Bunların istədiyini verən şəxsin hətta ali təhsil haqqında saxta sənədlə işə düzəlməsi də mümkün olub. Bu işdə əsas vasitəçilər də MTN-nin öz işçiləri olublar.

Məsələn, Ağdam rayon icra hakimiyyətinin indiki başçısı, MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi Raqub Məmmədov bir neçə şəxsi MTN-nin rəhbərliyindəki cinayətkar dəstənin vasitəsilə nazirlikdə işə qəbul etdirib. Bu şəxslərdən biri də onun öz kürəkəni Bayramov Pərviz Hüseyn oğludur. Raqub Məmmədov MTN-nin Tərtər rayon şöbəsinin rəisi olanda Pərviz Bayramovun MTN-də işə qəbuluna vasitəçilik edib”.

Məlumata görə, bu əməliyyat Pərviz Bayramovun Ağdam rayonunda məktəb direktoru işləyən atası Hüseyn Bayramova 60-a başa gəlib.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına ünvanladığımız sorğuya aldığımız cavab bizi sözün əsl mənasında şoka saldı. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldğımız 16.11.15 tarixli 04/1519 saylı rəsmi cavabda qeyd edilir ki, “01.12.1978 təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu 1995/1996-cı tədris ilində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəinə qəbul olunmamışdır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında daha sonra o da vurğulanır ki, “Pərviz Hüseyn oğlu Bayramovun ali və ya orta ixtisas müəssəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”.

Bu sənəd Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kürəkəni Pərviz Bayramovun ali təhsil almadığını, MTN-nə saxta sənədlə işə qəbul olunduğunu üzə çıxarır. Məlumata görə ali təhsili olmadan saxta sənədlə Pərviz Bayramovun MTN-ə işə qəbulunda Akif Çovdarovla Tehran Babatov əsas rol oynayıblar. Yəni Raqub Məmmədov bu şəxslərlə əlbir olaraq, Pərviz Bayramovun saxta sənədlə MTN-nə işə qəbuluna nail olub. Məlumata görə, Pərviz Bayramov hazırda MTN-nin Şamaxı şöbəsində çalışır.

MTN ləğv olunduqdan sonra Akif Çovdarov, Tehran Babatov və digərlərinin küllü miqdarda rüşvət hesabına MTN-nə qəbul etdikləri şəxslərdən bəziləri işdən qovulan zaman Pərviz Bayramovun da karyerasına təhlükə yaranıb. Yenə də bu dəfə məsələyə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov müdaxilə edib və kürəkənini işdə saxlada bilib. Məlumata görə, Raqub Məmmədova bu qanunsuzluğu ört-basdır eləməkdə yüksək vəzifəli məmurlardan biri yardım edib.

Qarşı tərəfin mövqeyin dərc edə bilərik

Previous Post

Ağdamın icra başçısı saxta diplomlu kürəkənini işə düzəltmək üçün Çovdarova nə verib?

Next Post

`Sürücülər postlarda dincələ bilərlər` – DYP rəsmisi

Bənzər yazılar

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Bakıda keçirilən görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad...

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56

İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Elchi.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat...

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50

Türkiyənin İstanbul şəhərində leysana görə yolları su basıb, əyani tədris dayandırılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu səbəbdən...

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

Next Post

`Sürücülər postlarda dincələ bilərlər` - DYP rəsmisi

`Sürücülər postlarda dincələ bilərlər` - DYP rəsmisi

Son xəbərlər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

14 Oktyabr 2026 - 19:13
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:06
Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

14 Oktyabr 2026 - 18:59
DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14 Oktyabr 2026 - 18:48
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.