Ağalı kəndində son vəziyyət – Bayramov açıqladı

43

Hazırda Ağalı kəndində 90-na yaxın ev təsərrüfatı yüksəksürətli internetdən istifadə edir. Bundan əlavə digər abunəçilərin də istifadə imkanları yaradılıb.
Elchi.az xəbər verir ki, bunu “ASAN Radio”nun canlıə efirində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
Nazir müşaviri əlavə edib ki, Ağalı kəndində yüksəksürətli internetə çıxış imkanı yaradılıb:
“Ağalıda 16 min metrlik abunəçi, 13 min metr isə magistral kabellər çəkilib. Gələcəkdə Ağdam və Füzulu rayonlarında şəhərdaxili kommunikasiya xətlərinin də bərpası üçün sxemlər, planlar hazırlanır”.
R.Bayramovun sözlərinə görə, Qarabağda 110 km-ə qədər fiber-optik kabellərin çəkilməsi planlaşdırılır ki, bu da bütövlükdə Qarabağı əhatə edəcək:
“Şuşada müasir elektron ATS quraşdırılıb. Artıq “Aztelekom” şirkəti tərəfindən Şuşada 1000 nömrə tutumlu müasir elektron ATS quraşdırılıb. Bu da o deməkdir ki, həm orada yaşayan, həm də gələcəkdə Şuşaya köçəcək vətəndaşlarımız müraciət etdikdə eyni anda həm telefon, həm internet, həm də IP televiziya xidmətini əldə edə biləcəklər”.