Ağ Evdə süni intellekt sammiti: Texnologiya nəhəngləri xəbərdarlıq etdi

117

Elchi.az xəbər verir ki,Ağ Evdə keçirilən toplantıda Google, Microsoft və OpenAI şirkətlərinin rəhbərləri iştirak edib.
OpenAI, ChatGPT adlı süni intellekt chatbotunu istehsal edən şirkətdir.
İki saat davam edən görüşdə Baydenin sektorun daha sərt şəkildə tənzimlənə biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi bildirilib.
Bard və ChatGPT kimi proqramlar süni intellektin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Bu proqramlar adi istifadəçilərə qabaqcıl süni intellekt sistemlərindən istifadə etməyə imkan verir.
Onlar təqdimatlar hazırlamaq, insan əli ilə yazılmış şeirlər yazmaq, müxtəlif mənbələrdən təkmil xülasələr hazırlamaq bacarığı ilə seçilirlər.
Ağ Evdə keçirilən görüşdə rəhbərlərə məhsullarının təhlükəsizliyinə cavabdeh olduqları xatırladılıb.
Bayden administrasiyası süni intellektlə bağlı yeni tənzimləmələrin hazırlana biləcəyi barədə də xəbərdarlıq edib.
Süni intellektlə bağlı tənzimləmə çağırışları texnologiya dünyasının önəmli adları ilə yanaşı siyasətçilər tərəfindən də səsləndirilib.
Google-dan ayrılan və süni intellektin “atası” kimi tanınan Geoffrey Hinton adlı alim bəzi təhlükələrin “çox qorxulu” olduğunu bildirib.
Mart ayında İlon Mask və Apple şirkətinin qurucusu Stiv Voznyak bu texnologiyanın istifadəsinin dayandırılmasını tələb ediblər.
Microsoft-un qurucusu Bill Qeyts belə bir addımın gələcək problemlərin qarşısını ala bilməyəcəyini müdafiə edib.
Geyts deyir ki, diqqət süni intellekt texnologiyasındakı nailiyyətlərdən ən yaxşı şəkildə necə istifadə olunacağına yönəldilməlidir.

Nuranə Məmmədova