Ağ Ev sözçüsü bildirib ki, təhlükəsizlik və siyasi məsələlər yaxın aylarda ABŞ və Çin arasında müzakirə mövzusu olacaq.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Mövzuların ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla Çinin xarici işlər naziri Vanq Yi arasında baş tutacaq görüşündən sonra müzakirə olunacağı, müzakirələrdə yüksək səviyyəli rəsmilərin iştirak edəcəyi qeyd edilir.
“Tərəflər əsas sahələr, xüsusilə Asiya-Sakit okean regionunda siyasət və təhlükəsizlik sahəsində məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər”, – deyə Ağ Evin sözçüsü brifinqdə deyib.
Yeganə