Ağ Ev 2024-cü ildə müdafiə üçün 842 milyard dollar istəyir

80

ABŞ-ın 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi təklifi 842 milyard dollardır. Elchi.az RİA Novostiyə istinadən yazır ki, bu barədə Ağ Evin sənədində deyilir.

Bildirilir ki, tələb olunan məbləğ 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur.

Fevral ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Pentaqona, Dövlət Departamentinə və Beynəlxalq İnkişaf Agentliyinə Kiyevə yardım üçün ayrılmış 113 milyard dolların xərclənməsi ilə bağlı hesabat təqdim etməyi xahiş etmişdi.

Bundan əvvəl ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini Maykl Makkord ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresdən 2024-cü il üçün rekord sayda müdafiə büdcəsi istəmək niyyətini açıqlamışdı. Makkord qeyd edib ki, ABŞ Departamenti sursat ehtiyatlarının artırılması və münaqişədə Ukraynaya dəstək üçün vəsait ayıracaq.

Havar Şəfiyeva