Dünyanın ən böyük bataqlıq ərazisi olan Amazondakı Pantanal bölgəsi bir çox şiddətli yanğınların məngənəsində qıvrılarkən, burada yaşayan canlılar tüstü və aclıq təhlükəsi ilə üzləşib.
Elchi.az xəbər verir ki, dünyanın ən böyük bataqlıq ərazisi yanğın nəticəsində məhv olub. Braziliyanın uzaq qərbində yerləşən Pantanal, bir neçə gündür intensiv meşə yanğınları ilə viran qalıb.
Yanğınlar həmçinin yaquarlar, tukanlar, meymunlar və iri sürünənlər də daxil olmaqla, yerli heyvanların geniş spektrini məhv edir.
Artıq 260 min hektardan çox bitki örtüyü tüstü ilə örtülsə də, çox güclü küləklər və 40°C-dən yuxarı hava istiliyi səbəbindən alov böyüməkdə davam edir. Bu amillər cənub yarımkürəsində güclü quraqlıq ilə birləşərək yanğınların sayında partlayışa səbəb olub.
Şayəstə Hüseynova