ABŞ “Vaqner”i təqib edəcək

43

Vaşiqnton “Vaqner” qrupunun sabitliyi pozmasının qarşısına almaq üçün əlində olan mövcud alətlərlə onu təqib edəcək.

Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz “Vaqner” qrupunun həm Ukraynada, həm də daha geniş kontekstdə sabitliyi pozan təsirinə qarşı çıxmaq üçün onu izləyəcəyik. Bunun üçün isə bütün lazımi vasitələrdən istifadə edəcəyik”, – o bildirib.

Prays qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya təcavüzdə kömək edən hər kəsi, o cümlədən özəl hərbi şirkətin üzvlərini təqib edəcək.