ABŞ və Ukrayna Rusiyanın təklif etdiyi atəşkəsdən imtina edib

22

ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiyanın pravoslav Milad bayramı münasibətilə Ukraynada təklif etdiyi atəşkəs “bir az oksigen əldə etmək cəhdidir”.

Elchi.az bu barədə erməni mediasına istinadən bildirir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında bütün hərbi təmas xətti boyunca atəşkəs rejiminin yaradılması barədə göstəriş verib.

Ukrayna atəşkəs təklifini rədd edərək bəyan edib ki, Moskva işğal etdiyi torpaqlardan çıxarana qədər atəşkəs olmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski deyib:

“Onlar indi Milad bayramından Donbasda əsgərlərimizin irəliləyişini dayandırmaq, texnika, sursat və səfərbər edilmiş qoşunları mövqelərimizə yaxınlaşdırmaq üçün qısa müddətə də olsa, atəşkəsdən istifadə etmək istəyirlər”.

Bayden isə bu sözləri deyib:

“Mən Putinin dediklərinə cavab vermək istəmirəm. Mənə maraqlı gəldi ki, o, dekabrın 25-də və Yeni il gecəsində xəstəxanaları, uşaq bağçalarını, kilsələri bombalamağa hazırdır. Demək istəyirəm ki, o, atəşkəs elan etməklə bir az oksigen tapmağa çalışır”.

Yeganə