"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ və Rusiya Qarabağ məsələsində anlaşıb

22 İyun 2016 - 09:24
in XƏBƏR LENTİ
FacebookVatsap
 ABŞ və Rusiya Qarabağ məsələsində anlaşıbŞahin Cəfərli: “Durum müəyyən mənada onları qane edir, çünki Rusiya bu yükü Qərbin çiyinlərindən götürmüş olur”

Rusiyanın patronajlığı ilə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin növbəti görüşündə ABŞ başda olmaqla Qərbin iştirak etməməsi ortaya yeni suallar çıxartdı. Əslində danışıqlar prosesində həmsədrlərin daha aktiv şəkildə yer alacağı barədə gözləntilər də özünü doğrultmadı, diplomatlar sadəcə, görüntü xətrinə epizodik rol aldılar. Ancaq aprel döyüşlərinin təkrarlanmaması naminə, bölgədə böyük maraqları olan ABŞ-ın Sankt-Peterburqdakı görüşə önəm verəcəyi gözlənilsə də, dünyanın supergücü seyrçi mövqedən çıxış etdi.
Düzdür, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünə münasibət bildirib. Uorilik “Tvitter” səhifəsində qeyd edib ki, Sankt-Peterburq şəhərində keçirilmiş görüş, eləcə də birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımlardır. “Biz danışıqlar yolu ilə həll istiqamətində işləməliyik” deyə, amerikalı həmsədr qeyd edib. Ancaq ABŞ Dövlət Departamentinin növbətçi bəyanatla da çıxış etməməsi maraqlı situasiya yaradır. Əslində ATƏT-ə sədrlik edən Almaniyanın kansleri Angela Merkel hələ ötən ay Rusiyanın Qarabağ münaqişəsinin həllində açar rolunu oynaya biləcəyini deməklə bəzi eyhamlar vurmuşdu. O zaman bəzi müşahidəçilər bildirmişdilər ki, hazırkı situasiyada Rusiya ilə Qərb arasında Qarabağ anlaşması var və buna görə də münaqişə tərəflərinə açarın Kremldə olduğuna dair mesaj verilir. Təəccüblüsü budur ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Qarabağ məsələsində Moskva ilə ortaq məxrəcə gəlir.
 
Düzdür, bir sıra Qərb ekspertləri Rusiyanın təşəbbüsü ələ almasına fərqli yanaşır. Məsələn, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, bütün dondurulmuş konfliktlər Rusiyanın ümumi strategiyasının bir hissəsidir: “Rusiya öz qonşularını zəif və mümkün qədər Moskvadan asılı vəziyyətdə saxlamağa çalışır. Ona görə də Donbasın dondurulmuş konfliktə çevrilməsi dağıdıcı nəticələrə səbəb olacaq. Mövzu təkcə Ukrayna deyil. Biz eyni prosesləri Ukraynanın xaricində də görə bilərik. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ aiddir”.
Ancaq Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin fərqli qənaətdədir. Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında rəqabət var, nəinki razılaşma: “Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sammit Rusiyanın bu münaqişənin həllində əsas rolu öz üzərinə götürdüyünü bir daha təsdiq etdi. Son zamanlar Qərbin, xüsusilə də ABŞ və Avropa Birliyinin Donbas probleminin nizamlanmasına cəhd etdiyini görürük. Dağlıq Qarabağ da Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərində ağrılı yeridir. Çox güman ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi Qərbin – ABŞ və Avropa Birliyinin bu münaqişənin həllinə sərt müdaxiləsindən yayınmaq üçün görüşmək qərarı veriblər”. (APA) A. Muxin Rusiyanın bu görüşü keçirməklə Qərbə mesaj göndərdiyini vurğulayıb: “Moskva Qərbə göstərmək istədi ki, bu regionda söz sahibi Rusiyadır və ABŞ ilə Avropa Birliyinə Dağlıq Qarabağ  ətrafındakı vəziyyətə ciddi təsir etməyə icazə verməyəcək. Qərbin müdaxiləsinin müharibə ilə nəticələndiyi hamıya məlumdur. Müharibə isə tərəflərdən heç birinə sərf etmir. Ona görə də hesab edirəm ki, münaqişə tərəfləri ölçülü qərar qəbul ediblər”.
Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov “hesab edirəm ki, bu görüşb sadəcə, görüş xətrinə keçirilən görüş deyildi. Qeyd edim ki, dünənki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyiş əldə olunub. Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib olan görüşlərdən biri idi. Aprelin əvvəlindəki ”dörd günlük müharibə” göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır” deyib.
 
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində, ümumilikdə bizim bölgəmizdə bir Rusiya reallığı var: “Qərb bu reallığı nəzərə alır. Rusiya bu gün həmsədr ölkələr içərisində hər iki münaqişə tərəfinə real təsir imkanları olan yeganə vasitəçidir. Moskvanın Ermənistanla münasibətlərinin səviyyəsi və xarakteri hər kəsə, o cümlədən Qərb paytaxtlarına çox yaxşı məlumdur. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir və iki ölkə arasında münasibətlər o qədər dərindir ki, artıq Ermənistanı Cənubi Qafqazdakı Rusiya anklavı adlandıra bilərik. Digər tərəfdən, Azərbaycan da Rusiya ilə kifayət qədər isti münasibətlər yaradıb və strateji tərəfdaşlıq əlaqələri mövcuddur”. Ekspertin fikrincə, hər iki münaqişə tərəfi Kremlin sözünü dinləyir: “Təsəvvür edin ki, aprel döyüşlərinin qızğın çağında döyüş aparan orduların Baş Qərargah rəisləri Rusiyaya uçur və atəşkəsin bərpası barədə razılığa gəlir, Azərbaycan könülsüz də olsa, buna razılıq verməyə məcbur olur. Moskva təkcə bu faktla duruma nə dərəcədə hakim olduğunu hər kəsə bir daha nümayiş etdirdi. Öz növbəsində tərəflərin də Moskvaya güvəndiyi bir daha hər kəsə əyan oldu. Belə bir vəziyyətdə ABŞ, Qərb niyə bu işə müdaxilə etsin və ya necə müdaxilə etsin? Əksinə, bu durum müəyyən mənada onları qane edir, çünki Rusiya bu yükü Qərbin çiyinlərindən götürmüş olur. Rusiya bu işi həvəslə öz boynuna götürür, münaqişə tərəfləri də buna razıdır. Prezidentlər görüşür, az da olsa bəzi irəliləyişlərin olduğu bildirilir”.
Ş.Cəfərlinin sözlərinə görə, bu cür atmosferdə kənardan başqa bir qüvvənin bu işə müdaxiləsi mümkün deyil və heç bu arzuda olan dövlət də yoxdur: “Digər tərəfdən, Azərbaycan qərbyönlü strateji seçim etmədiyi üçün Qərbin bizim ölkəyə və problemlərimizə marağı da yetərli səviyyədə deyil. Yəni Azərbaycana olan münasibət Ukrayna, Gürcüstan və Moldovaya olan münasibətdən fərqlidir. Eyni zamanda Azərbaycanın da Qərbə münasibəti, bu istiqamətdə siyasəti adı çəkilən postsovet ölkələrinin münasibətindən və siyasətindən fərqlənir. Rəsmi Bakı Qərblə siyasi münasibətlərdə araya məsafə qoyur, Qərbdəki bəzi dairələrin Azərbaycanın daxili siyasəti ilə bağlı niyyətlərindən şübhələnir və onlara etimad etmir”. Bununla beləb politoloq qətiyyən iddia etmir ki, Azərbaycan birmənalı şəkildə qərbyönlü seçim edərsə, torpaqlarımız qayıdacaq, bütün problemlərimiz həll olunacaq: “Bu, başqa mövzudur. Söhbət Qərbin siyasətindən, yanaşmasından gedir. Bir az bəsit səslənsə də, deməliyik ki, əgər bir ölkə Qərbə doğru can atmırsa, Qərb həmin ölkəyə görə Rusiya ilə konfrontasiyaya getməyəcək. Yəni hazırkı durumda Qərbin bizə Ukraynaya və Gürcüstana olduğu səviyyədə siyasi dəstək verəcəyini gözləməyə dəyməz. Bu mərhələdə onların postsovet məkanında Rusiya ilə daha bir gərginlik ocağı yaratmağa həvəs göstərmədiyini də qeyd etmək lazımdır. Postsovet məkanındakı prioritet məsələlər Ukrayna və Gürcüstandır, yaxın gələcəkdə Qərb ilk növbədə bu ölkələrin təhlükəsizlik problemlərini həll etməyə çalışacaq. Bütün bu səbəblərlə əlaqədar Qərb hələlik Qarabağ ixtilafının həllinə fəal müdaxilə etməyərək Rusiyanın bu məsələdə dominant rolu ilə barışmış kimi görünür”.

Bunu da oxuyun

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Previous Post

ABŞ və Rusiya Qarabağ məsələsində anlaşıb

Next Post

“Prezidentlərin əl sıxışmaq istəməməsi sübut edir ki…”

Bənzər yazılar

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36

ABŞ hərbçiləri ölkənin Hərbi Dəniz Qüvvələrinin pilotsuz suüstü aparatını ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki...

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib. Elchi.az  nazirliyə istinadən xəbər verir ki, tədbirdə...

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az - a...

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10

Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Elchi.az  xəbər verir ki, bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek...

Next Post

“Prezidentlərin əl sıxışmaq istəməməsi sübut edir ki...”

“Prezidentlərin əl sıxışmaq istəməməsi sübut edir ki...”

Son xəbərlər

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

15 Sentyabr 2026 - 19:00
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

15 Sentyabr 2026 - 18:43
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

15 Sentyabr 2026 - 18:35
Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

15 Sentyabr 2026 - 18:27
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

15 Sentyabr 2026 - 18:14
Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

15 Sentyabr 2026 - 18:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.