ABŞ və Gürcüstan BU barədə razılığa gəliblər

66

ABŞ və Gürcüstan Rusiyanın Ukraynaya hücumuna görə tətbiq edilən iqtisadi sanksiyaların davam etməsi və Moskva administrasiyasının təzyiqləri hiss etməyə davam etməsi ilə bağlı razılığa gəliblər.

Elchi.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb.

Görüşdə Gürcüstanın Avroatlantik məkana inteqrasiyasının hər iki ölkə tərəfindən dəstəkləndiyi bildirilib, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi üçün apardığı islahatlar müzakirə edilib.

Rusiyanın Ukraynaya hücumları da görüşün mövzusu olub və burada ABŞ Gürcüstanda mübahisəli xarici agent qanun layihəsinin geri götürülməsindən məmnunluğunu bildirilib.

Görüşdə tərəflərin Rusiyaya qarşı iqtisadi sanksiyaların davam etməsi və ölkənin bu sanksiyaların təzyiqini hiss etməyə davam etməsi ilə bağlı razılığa gəldiyi, eyni zamanda Ukraynadakı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşımasının lazım olduğu bildirilib.

Yeganə