Ukraynaya əlavə vəsaitin ayrılması ABŞ-a öz silah anbarını doldurmağa kömək edəcək. Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrick Ryder danışıb.
Onun sözlərinə görə, Amerika administrasiyası ölkənin silah ehtiyatlarını artırmaq imkanlarının axtarışını davam etdirmək niyyətindədir. “Hazırlığımızın lazımi səviyyədə qalmasını təmin etmək üçün lazım olan hər şeyi etməyə davam edəcəyik” – deyə Rayder bildirib.
Amerika müdafiə departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqtonun Kiyevə kömək etmək üçün təxminən bir milyard dolları qalıb, bundan sonra ABŞ hərbi yardım göstərmək üçün mövcud maliyyə vəsaiti tükənəcək. bu baxımdan ABŞ Konqresinin bu məsələdə dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Havar Şəfiyeva