Dünya Bankının multidonor trast fondu vasitəsilə ABŞ-dan Ukraynanın dövlət büdcəsinə 1,25 milyard dollar qrant köçürülüb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
1,25 milyard dollarlıq qrant Ukraynada Sülh proqramı çərçivəsində beşinci əlavə maliyyələşdirmənin bir hissəsi kimi təqdim edilib.
Onun məqsədi dövlət büdcəsinin sosial və humanitar, o cümlədən təhlükəsizlik və müdafiə sektoruna aid olmayan xərclərini qismən kompensasiya etməkdir.
Yeganə