Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya raketlərini vurmağa qadir deyil. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “Military Watch Magazine” nəşri məlumat yayıb.
“Ukraynalı mənbələr keçmişdə ölkənin hava hücumundan müdafiə sisteminin “Kinjal” raketlərinin hücumlarını uğurla dəf etdiyini iddia etsələr də, beynəlxalq analitiklər bunu Ukrayna Silahlı Qüvvələrində mövcud olan sistemlərin məhdud imkanlarına görə şübhə altına alırlar”, – nəşr qeyd edir.
Material müəllifləri onu da vurğulayırlar ki, Ukrayna hərbçiləri Rusiyanın X-22 raketlərini vurmağın mümkün olmadığını dəfələrlə bəyan ediblər.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ukraynanın hava hücumundan müdafiə sistemlərinin X-22 raketinə qarşı gücsüz olduğunu etiraf edib. Xüsusilə, bu tip silahların qarşısını almaq üçün xüsusi vasitələrə ehtiyac olduğunu bildirib.
Havar Şəfiyeva