ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Ukraynanın hərəkətlərini üçüncü dünya müharibəsi təhlükəsi kimi qiymətləndirib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hər bir ölkə ilk növbədə öz milli maraqlarını düşünsə, biz III Dünya Müharibəsindən qaçacağıq” – deyə o bildirib.
Onun fikrincə, müharibə o zaman baş verəcək ki, Ukrayna münaqişənin miqyasını artırmağa çalışsın və ABŞ-ı da buna təhrik eləsin.
Qeyd edək ki, bundan əvvəl Ramasvami ABŞ-ı Ukraynanın bəzi regionlarının Rusiyaya verilməsinə razılıq verməyə çağırıb. Onun fikrincə, bu, münaqişənin mümkün qədər tez həllinə kömək edəcək.
Havar Şəfiyeva