ABŞ: Ukraynanı dəstəkləməkdə heç bir tərəddüd olmayacaq

55

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ukraynada Rusiyaya qarşı müharibənin davam etdiyini və Ukrayna ordusuna qətiyyətlə dəstək verməyə davam edəcəklərini bildirib.

Elchi.az xəbər verir ki, ölkədə danışıqlar aparmaq üçün Kiyevə gələn Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və Ceyk Sallivan birgə mətbuat konfransı keçiriblər.

Burada çıxış edən Sullivan, Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatında sona qədər Ukrayna tərəfini dəstəkləməyə davam edəcəklərini bildirərək, “Biz bu əməliyyatları (əks hücum) davam etdirmək üçün Ukraynaya lazım olan hər şeyi verməliyik.
ABŞ-ın lazım olduğu müddətcə Ukraynanın yanında olacağını qeyd edən Sullivan, “İrəliləyərkən dəstəyimizdə heç bir tərəddüd, qırmızı bayraq və ya güzəşt olmayacaq” dedi. dedi.
Sullivan Kiyevdəki təmasları çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb.

Şayəstə