Hərbi analitiklər “Forbes”ə bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri Qərb istehsalı olan texnikanın təmirinin öhdəsindən gələ bilmir. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, Ukrayna qoşunlarının avtomobilləri özləri təmir edə bilmələri üçün böyük miqdarda ehtiyat hissələri lazımdır. Həmçinin, zədələnmiş texnikanı çəkməli olan maşınların Rusiya ordusunun hədəfinə çevrilməsi vəziyyəti çətinləşdirir. Nəticədə məhv edilmiş Qərb tankları evakuasiya və təmiri gözləmədən döyüş meydanında qalır.
“Ukraynanın təmir ehtiyacları indi nə qədər ciddi olsa da, onlar tezliklə daha da çətin durumda olacaq” – deyə material müəllifi vurğulayır.
Daha əvvəl “Forbes”in köşə yazarı Devid Eks bildirob ki, Rusiya komandanlığının müdafiə doktrinasında dəyişiklik edilməsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun gedişatına təsir edib. Onun sözlərinə görə, Kiyev komandanlığı geniş və sıx minalanmış ərazilərdə toqquşmalara hazır deyildi.
Havar Şəfiyeva