ABŞ: “Ukrayna qeyd-şərtsiz təslim olacaq”

158

Ukraynada sülh yalnız Rusiyaya uyğun olan şərtlərlə bağlanacaq. Elchi.az xəbər verir ki, bunu “Reporterfy Media və Travel” “YouTube” kanalında ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter proqnozlaşdırıb.
“Münaqişə Rusiyanın qələbəsi ilə başa çatacaq, o, müqavilənin şərtlərini və onun necə görünəcəyini diktə edəcək. Çox güman ki, Ukrayna qeyd-şərtsiz təslim olacaq”, – deyə Ritter bildirib. Onun sözlərinə görə, Kiyev ümidsiz vəziyyətə düşəcək, çünki o, ölkənin Silahlı Qüvvələrinin üstünlük əldə edə və Rusiya ərazilərini ələ keçirə bilməyəcəyini etiraf etmək istəmir.

Havar Şəfiyeva