Respublikaçı konqresmen Çip Roy Meksika ilə sərhəddə böhran davam edərkən Ukraynaya yardım göstərməyə səs verən partiya üzvlərini tənqid edib. Elchi.az xəbər verir ki, o, “Fox News”ə nəhayət səlahiyyətlilərdən kömək almaq üçün Texasın adının dəyişdirilməsinin lazım olduğunu söylədi.
“Düşünürəm ki, tezliklə Texasın Ukrayna adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edə biləcəyəm. Ola bilsin ki, bu administrasiya və senatorlar ABŞ-ın sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışsınlar”, – deyə Roy efirdə deyib.
O, həmçinin senatorları Birləşmiş Ştatlar hüdudlarından kənarda hərbi fəaliyyətləri maliyyələşdirməyə görə qınayıb: “Mən heç vaxt Amerika Birləşmiş Ştatları Senatı kimi tanınan bu qocalar evinin Amerika xalqının pulunu xarici müharibələrə xərcləməkdən daha çox işlədiyini görməmişəm.”
Roy daha əvvəl ABŞ prezidenti Co Bayden administrasiyasını tənqid edib ki, o, başqa ölkələrə kömək etmək istəyir, lakin öz ölkəsinin daxili problemlərini həll edə bilmir.
Havar Şəfiyeva