ABŞ minlərlə insanın həyatına son qoyan ciddi zəlzələnin nəticələrini aradan qaldırmağa kömək etmək üçün Suriyaya qarşı sanksiyaların bir hissəsini ləğv edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Bildirilir ki, ABŞ-ın Suriyaya qarşı hazırkı sanksiyaları bundan sonra zəlzələ ilə bağlı yardım əməliyyatlarına təsir etməyəcək. Bunun üçün xüsusi lisenziya 8 avqust 2023-cü ilə qədər etibarlıdır.
Qeyd edək ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra humanitar yardım üçün də 85 milyon dollar ayıracaq.
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...






















Son şərhlər